Çimərlik futbolu üzrə Azərbaycan millisi Moldova yığması ilə qarşılaşacaq

2 Sentyabr 2022 15:36

Xəbər 362 dəfə oxunub

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Dünya Çimərlik Oyunlarının Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyununu keçirib. Norveç yığması ilə üz-üzə gələn komandamız 6:3 hesabı ilə qalib gəlib. Millimizin heyətində qolları Comərd Baxşəliyev (3), İsa Zeynallı, Orxan Məmmədov və Amid Nəzərov vurublar.Millimiz Dünya Çimərlik Oyunlarında sentyabrın 3-də 9-10-cu yerlər uğrunda qarşılaşmada Moldova yığması ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 10:30-da başlayacaq.xeber100.com