Çimərlik futbolu üzrə dünya çempionatının seçmə mərhələsində

22 İyun 2021 14:58

Xəbər 400 dəfə oxunub

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.Azərtac xəbər verir ki, İsveçrə yığmasi ilə qarşılaşan komandamız 5:8 hesabı ilə məğlub olub.Millimizin qollarını Orxan Məmmədov (3), Comərd Baxşəliyev və Sabir Allahquliyev vurublar.Komandamız qrupun son oyununda iyunun 23-də Estoniya yığması ilə üz-üzə gələcək.xeber100.com