Dünya çempionatının seçmə oyunları çərçivəsində

22 İyul 2019 10:30

Xəbər 500 dəfə oxunub

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Moskvada təşkil olunan dünya çempionatının seçmə oyunları çərçivəsində İspaniya yığması ilə qarşılaşıb.AFFA-dan Azərtac-a bildiriblər ki, görüş rəqibin 10:5 hesablı qələbəsi ilə başa çatıb.Comərd Baxşəliyev və Sabir Allahquliyevin dubl etdiyi oyunda millimizin digər qolunu Amid Nazarov vurub.Komandamız qrupda sonuncu oyununu bu gün Latviya yığmasına qarşı keçirəcək.xeber100.com