Oktyabrın 11-dən 14-dək Bakıda çimərlik voleybolu üzrə beynəlxalq turnir keçiriləcək.Azərbaycan Voleybol Federasiyasından Azərtac-a bildiriblər ki, yarışda kişilər arasında Azərbaycan, Avstriya, Çexiya, Danimarka, Finlandiya, Fransa, Yunanıstan, İtaliya, Latviya, Hollandiya, Rusiya, Sloveniya, İsveç, Türkiyə və Ukrayna voleybolçuları mübarizə aparacaqlar.Qadınların mübarizəsində isə Azərbaycan, Avstriya, Belçika, Belarus, Cənubi Kipr, Çexiya, Danimarka, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, Hollandiya, Rusiya, Şotlandiya, Sloveniya və İsveç təmsilçiləri yarışacaqlar.Azərbaycanı turnirdə Ruslan Əliyev–Vüsal Qurbanov, Vadim Kutukov–Pərviz Səmədov, Fidan Ağaməmmədova–Dünya Vəliyeva, İlhamə Əliyeva–İrina Abbaszadə və Nazilə Səlimova–Viktoriya Ağakişiyevadan ibarət cütlüklər təmsil edəcək.Qeyd edək ki, yarışın mükafat fondu 4 min avro olacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…