Çimərlik voleybolu üzrə turnir keçirilib

10 May 2018 12:44

Xəbər 755 dəfə oxunub

Pirşağıdakı “Həyat” İstirahət Mərkəzində çimərlik voleybolu üzrə turnir keçirilib.Azərtac xəbər verir ki, Olimpiya sistemi üzrə keçirilən yarışda 20 kişi, 11 qadın komandası qüvvəsini sınayıb.Xanımların mübarizəsində “İl Azero” çempion tituluna yiyələnib. Kəmalə Əsgərova və Lyubov Qaluşkodan ibarət cütlük həlledici görüşdə Səbinə və Kameyla Mustafayevalardan ibarət “Sofi”yə qalib gəlib. İlk üçlüyü AVF (Dünya Vəliyeva və Fidan Ağaməmmədova) qapayıb.Kişi voleybolçuların oyunu daha gərgin alınıb. Yarışda əsas yığmamızın üzvləri Pərviz Səmədov və Tural Həsənlidən ibarət “Taleh-1” bütün rəqiblərindən güclü olub. İkinci yeri “Sərhədçi” (Cavid Süleymanov və Aqil Ağayev), üçüncü pilləni isə “Taleh-2” (Purya Yazdenpenah və Asif Əliyev) tutub.xeber100.com