Sentyabrın 19-da Bakı Su İdmanı Sarayında Azərbaycan Voleybol Federasiyasının və “Mədəniyyət” televiziya kanalının dəstəyi ilə çimərlik voleybolu yarışına start verilib.Azərtac xəbər verir ki, “Ulduzlu çempionat” adlı yarışda tanınmış incəsənət ustaları peşəkar idmançılarla birlikdə birincilik uğrunda mübarizə aparıblar.İştirakçılar “Bozlar” və “Göylər” adlı komandalara bölünərək yarışıblar. “Bozlar” komandasının heyətində Zamiq Hüseynov, Əməkdar Artist Xəyyam Mustafazadə, çimərlik voleybolu üzrə kişilərdən ibarət yığma komandanın üzvü, idman ustası Vadim Kutukov, voleybolçu Vadim Kempf, “Göylər” komandasında isə muğam ifaçısı Sərxan Bünyadzadə, Fuad Musayev, Azad Şabanov, çimərlik voleybolu üzrə kişilərdən ibarət milli komandanın məşqçisi, idman ustası Samir Nəbiyev yer alıblar. Matç “Bozlar” komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.Oyundan sonra mükafatlandırma mərasimi keçirilib.İştirakçılar yarış haqqında təəssüratlarını bölüşərək, belə təşəbbüslərin reallaşmasından məmnunluqlarını ifadə ediblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…