Çin çempionatı iyun və ya iyul aylarında başlayacaq

17 Aprel 2020 19:21

Xəbər 569 dəfə oxunub

Çin Futbol Federasiyaları Assosiasiyasının (CFA) rəhbərliyi milli çempionatların iyun və ya iyul aylarında başlanmasını nəzərdə tutur.“Goal.com” xəbər verir ki, mövsümün başlanğıcı əvvəlcə fevralın 22-nə təyin edilmişdi, lakin sonradan koronavirus pandemiyasının yayılması səbəbindən oyunlar qeyri-müəyyən vaxta təxirə salınmışdı.Mənbənin bildirdiyinə görə, federasiya bütün klublara milli çempionatın davamına hazırlaşmağa başlaya biləcəkləri haqqında təlimat verib.Təlimatda matçların dəqiq tarixi bilinməsədə, ancaq ilk oyunların iyun və ya iyulda keçiriləcəyi göstərilib. Mövsüm başlamazdan əvvəl bütün futbolçular, məşqçilər və komanda heyəti iki dəfə koronavirus testindən keçiriləcək.xeber100.com