Çin millisi futbol üzrə dünya çempionatının final mərhələsində iştirak etməsə də, mundiala tamaşa etmək üçün Rusiyaya 100 mindən çox çinli azarkeş gələcək. Onların yarıdan çoxu qadınlardır.TASS informasiya agentliyi xəbər verir ki, bu barədə məlumat Çinin “Global Times” qəzetində dərc olunub. Azarkeşlərin fikrincə, Braziliya və Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatlarından fərqli olaraq, Rusiya Çinə coğrafi cəhətdən yaxındır və bu ölkəyə səfər xeyli ucuz başa gəlir.Bununla belə, bəzi çinli azarkeşlər oyunlar zamanı bilavasitə stadionda olmaq üçün böyük pullar xərcləməyə hazırdır. Onlardan biri, “Ctrip” turizm agentliyinin müştərisi bunun üçün 850 min yuanından (132 min dollardan çox) keçib.Xatırladaq ki, futbol üzrə növbəti dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək. İlk oyun “Lujniki” stadionunda ev sahibləri ilə Səudiyyə Ərəbistanı arasında baş tutacaq. ÇXR sədrinin xüsusi nümayəndəsi, Dövlət Şurası sədrinin müavini Sun Çunlanın çempionatın açılış mərasimində iştirak edəcəyi bildirilir.Rusiyada keçiriləcək dünya çempionatına vəsiqə qazana bilməyən Çin yığması yalnız bir dəfə – 2002-ci ildə bu turnirin final mərhələsində iştirak edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…