Çində iyul ayının 1-dən təbii resurslardan istifadə sahəsində aparılması nəzərdə tutulan islahat qüvvəyə minəcək. Vergiler.az saytı bildirir ki, bu Çinin vergi sisteminin islahatı yolunda 2016-cı ildə atdığı daha bir addımdır. Ölkənin Baş Dövlət Vergi İdarəsinin məlumatında göstərilir ki, ölkənin şimalında yerləşən Hebey əyalətində su vergisinin tutulması ilə bağlı eksperimentin tətbiqinə başlanılacaq. Bu vergi yeraltı və yerüstü su obyektlərindən suyun götürülməsinə tətbiq ediləcək. Bununla yanaşı, daha çox su sərf edən sənaye sahələri və sudan müəyyənləşdirilmiş normadan artıq istifadə edən müəssisələr üçün tariflər də artırılacaq. Suyun normal məişət istifadəsi üçün vergi yükü isə əvvəlki səviyyədə saxlanılacaq. Əldə olunacaq nəticələrə əsaslanaraq, hökumət eksperimentin coğrafiyasını genişləndirməyi nəzərdə tutur. Çində meşə resurslarından, örüşlərdən və qumluqlardan təsərrüfat məqsədilə istifadə də vergiyə cəlb olunacaq. Əgər layihə uğurla davam edərsə, yeni vergi növü bütün ölkə ərazisini əhatə edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…