Azərbaycan Texniki Universitetində (AzTU) “Cisco” şəbəkə akademiyasının açılışı olub. AzTU-dan Azərtac-a bildiriblər ki, açılış mərasimində bu ali məktəbin rektoru, professor Havar Məmmədov müasir dövrdə informasiya texnologiyalarının əhəmiyyətindən danışıb. Rektor universitetdə tələbələrin və əməkdaşların informasiya-kommunikasiya texnologiyalarından (İKT) yüksək səviyyədə istifadəsi üçün hər cür şəraitin yaradıldığını söyləyib. Qeyd edilib ki, hazırda bütün sahələrdə İKT-dən geniş istifadə olunur. Ona görə də müasir zamanın tələbinə uyğun olaraq, hər kəs, xüsusilə texniki sahə ilə məşğul olanlar informasiya texnologiyalarından yüksək səviyyədə istifadə bacarığına yiyələnməlidirlər. Bunun üçün universitetin maddi-texniki bazası və kadr potensialı daim gücləndirilir. Şəbəkə və Audio-vizual Texnologiyalar Şirkətinin (AzNEXT) direktoru və “Cisco” şəbəkə akademiyasının Azərbaycan üzrə rəhbəri Səməd Abasov akademiya barədə məlumat verib. Bildirilib ki, akademiyanın yaradılmasının əsas məqsədi şəbəkə texnologiyaları üzrə mütəxəssislərin hazırlanmasıdır. Sonra iştirakçılar “Cisco” şəbəkə akademiyası üçün hazırlanan otaqla tanış olublar. Qeyd edək ki, şəbəkə texnologiyası üzrə dünya liderinə çevrilən “Cisco”nun təhsil müəssisələri ilə birgə layihəsi olan “Cisco” şəbəkə akademiyasında 15 istiqamət üzrə kurslar təşkil edilir. Kursu bitirən tələbələrə verilən sertifikatlar dünyanın hər yerində tanınır və həmin gənclər karyerada üstünlük əldə edirlər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…