London metropoliteni işçilərinin tətili, gözlənildiyi kimi, paytaxtda yaşayan və işləyən milyonlarla insanı çətinliyə salaraq nəqliyyat kollapsına səbəb olub.Xarici KİV-lər xəbər verir ki, etiraz aksiyası səbəbindən yanvarın 8-də axşamdan etibarən metronun demək olar ki, bütün mərkəzi stansiyaları, həmçinin “Waterloo”, “King’s Cross”, “Euston”, “London Bridge”, “Paddington” və “Victoria” vağzallarında yerləşən metro stansiyaları bağlanıb. Eyni zamanda, Londonun “Heathrow” aeroportunun 4 və 5-ci terminallarında da qatarların hərəkəti dayanıb.Tətil nəticəsində paytaxtın bütün yollarında tıxaclar əmələ gəlib. Yerüstü nəqliyyat gücləndirilmiş iş rejiminə keçsə də, avtobus dayanacaqlarında uzun növbələr yaranıb. Həddən artıq insanın toplanması səbəbindən “Clapham Junction” vağzalı təxliyə olunub.Təşkilatçıların sözlərinə görə, etiraz aksiyasının əsas səbəbi iş yerlərinin ixtisarı və bununla bağlı metro stansiyalarında yaranmış personal çatışmazlığıdır. Həmkarlar ittifaqı üzvlərinin fikrincə, bu, metropolitenin qalan əməkdaşlarının işini həddən çox artırır və sərnişinlərin həyatını təhlükə altında qoyur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…