Respublikaçıların ABŞ prezidentliyinə namizədi Donald Tramp Seçki Qərargahının üzvlərinə demokratların prezidentliyə namizədi Hillari Klintonun sağlıq durumunun pisləşməsi ilə bağlı hər hansı neqativ məzmunlu bəyanat vermələrini qadağan edib. CNN-nın verdiyi məlumata görə, D. Trampın köməkçiləri baş verən hadisəyə hörmətlə yanaşacaqlarına söz veriblər. İndiyə qədər dəfələrlə H. Klintonun prezident olmasına fiziki imkanlarının yetərli olmadığını bəyan etmiş D. Tramp son hadisəyə sosial şəbəkədə belə münasibət bildirməyib. Qeyd edək ki, ötən gün H. Klintonun Nyu-Yorkda 11 sentyabr 2011-ci ildə törədilmiş terror aktlarının qurbanlarının anım mərasimində halı pisləşib və o, rəsmi mərasimi yarımçıq tərk edib. Həkimlər ABŞ prezidentliyinə namizədə ağ ciyər pnevmoniyası diaqnozu qoyublar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…