“ÇÖLÇÜ” filmi Beynəlxalq Kinofestivalda nümayiş olunacaq

8 May 2016 20:12

Xəbər 1468 dəfə oxunub

Şamil Əliyevin “ÇÖLÇÜ” filmi Rumıniyanın Buxarest şəhərində keçiriləcək Beynəlxalq Kinofestivalda nümayiş olunacaq. Festival 20-25 may 2016-cı il tarixləri arasında keçiriləcək. “PAMANTENİ” Birliyi və Black Sea Arts təşkilatçılığı ilə keçiriləcək Kinofestivala 9 ölkənin  filmləri nümayiş olunmaq üçün seçilmişdir.  Əsas məqsədi dünya xalqlarının mənəvi və mədəni dəyərlərinin təbliği, mübadiləsi, kinomatoqrafın inkişafına yeni, müsbət meyarların gətirilməsidir. Qeyd edək ki, “Çölçü” bədii filmi indiyədək sayına görə 29 Beynəlxalq kinofestivalı və forumlarda iştirak etmiş bir neçə mükafat və Diplomlara layiq görülmüşdür. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınmış “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.
“Çölçü” filminin süjeti belədir: Şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə gənc çölçü yaşayır. Atası Ulu ona çölçülük həyatının sirlərini öyrədir. Atası vəfat edəndən sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Bu qızla tanışlıq onun həyatında yeni səhifə açır, böyük, onun bixəbər olduğu dünyaya daxil olur…

“ÇÖLÇÜ”nün mükafatları:

V DIDOR International Film Festival (Tajikistan – Dushanbe, 2012)

SPECIAL JURY DIPLOMA – “FOR FAIRYTALE REALITY”

JÜRİNİN XÜSUSU MÜKAFATI – “NAĞILVARİ HEKAYƏTƏ GÖRƏ”

HUMAY – XXIII, NATIONAL AWARD (BEST FILM), May 2013 (HUMAY MILLI MÜKAFATI)

XIV INTERNATIONAL TELEKINOFORUMA “TOGETHER”, (YALTA – UKRAINE, 5-11 September,2013), The movie “Steppe man”, “Azerbaijanfilm”, Baku, Azerbaijan, – “For creative research.” (YARADICILIQ AXTARIŞINA GÖRƏ) XV Rainbow Film Festival, from Sunday 25 May to 1 June 2014, London, UK “BEST FEATURE FILM” (“ƏN YAXŞI BƏDİİ FİLM”) «INTERNATIONAL MOVIE AWARDS – 2014», 24th September, Jakarta, Indonesia

PLATINUM AWARDS

Steppe Man (Azerbaijan Republic), directed by Shamil Aliyev
Director

ÇÖLÇÜ  (Azərbaycan Respublikası),  Şamil Əliyev –  ƏN YAXŞI REJİSSOR

III Uluslararası Van Gölü Film Festivalı, 23-29 sentyabr, 2014. Van, Türkiyə

İNCİ KEFALI ÖDÜLÜ / PEARL MULLET AWARD

EN İYİ CİNEMA FİLMİ (ƏN YAXŞI BƏDİİ FİLM –BAŞ MÜKAFAT) –ÇÖLÇÜ / BEST FEATURE FILM – STEPPE MAN

EN İYİ YÖNETMEN (ƏN YAXŞI REJİSSOR)– ŞAMİL ƏLİYEV (ÇÖLÇÜ)/ BEST DIRECTOR –SHAMIL ALIYEV (STEPPE MAN)

EN İYİ SSENARYO (ƏN YAXŞI SSENARİ) – VİDADİ HASANOV (ÇÖLÇÜ)/ BEST SCREENWRITER – VIDADI HASANOV (STEPPE MAN)

EN İYİ KADIN OYUNÇU (ƏN YAXŞI QADIN AKTİSA)– SALOME DEMURİA (ÇÖLÇÜ) / BEST ACTRESS (STEPPE MAN)

II NOIDA INTERNATIONAL FILM FESTIVAL-2015

Best Director- Jury , «Steppe man», Director: Shamil Aliyev

“Ən yaxşı rejissor”, “Cölçü”, rejissor Şamil Əliyev

WORLD FILM AWARDS -2015 (INDONESIA, JAKARTA)

“GOLDEN WORLD AWARDS 2015”, Steppe man, directed by Shamil Aliyev – International film

86-cı Amerika Kino Akademyası(2014) Amerika Oscar mükafatının uzun siyahısında Azərbaycanı təmsil edib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınmış “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.
Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.
“Çölçü” filminin süjeti belədir: Şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə gənc Çölçü yaşayır. Atası Ulu ona çölçülük həyatının sirlərini öyrədir. Atası vəfat edəndən sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Bu qızla tanışlıq onun həyatında yeni səhifə açır, böyük, onun bixəbər olduğu dünyaya daxil olur…
FESTİVALAR:

XXI “KINOSHOK” Film Festival (Russia – Anapa, September 14-22, 2012)

VIII EURASIA International Film Festival (Kazakhstan – Almaty, 2012)

V DIDOR International Film Festival (Tajikistan – Dushanbe, 2012)

SPECIAL JURY DIPLOMA – “FOR FAIRYTALE REALITY”

JÜRİNİN XÜSUSU MÜKAFATI – “NAĞILVARİ HEKAYƏTƏ GÖRƏ”

XVI BLACK NIGHTS International Film Festival (Estonia – Tallinn, 2012)

35th Cairo International Film Festival (Egypt- Cairo, 2012)

13th  Tbilisi International Film Festival (Georgia – Tbilisi, 2012)

XXIV Ankara International film Festival (Turkey –Ankara, March 14-24, 2013)

XXII International Film Festival “Golden Knight (Russia – Khabarovsk . May 21-31, 2013,) 

HUMAY – XXIII, NATIONAL AWARD (BEST FILM), May 2013 (HUMAY MILLI MÜKAFATI)

IX Kazan International Festival of Muslim Cinema, (Russia – Tatarstan, September 5-11, 2013)

XIV INTERNATIONAL TELEKINOFORUMA “TOGETHER”, (YALTA – UKRAINE, 5-11 September,2013), The movie “Steppe man”, “Azerbaijanfilm”, Baku, Azerbaijan, – “For creative research.” (YARADICILIQ AXTARIŞINA GÖRƏ)

62th International Film Festival Mannheim-Heidelberg (Germany, 31 October – 10 November, 2013)

IV  Malatya International Film Festival (Turkey, Malatya, 15-21 November, 2013)

13th Dhaka International Film Festival (Dhaka, Bangladesh, January 10 – 18 , 2014)

19.42th International film festival FEST (Belgrade, 28th February till 9th of March

LIST of BEST FOREIGN LANGUAGE FILM 86th OSCAR AWARDS -2013/14

V CINEMA MUNDI INTERNATIONAL FILM FESTIVAL , 20.02 -02.03 2014, BRNO, CZECH REPUBLIC

15th Rainbow Film Festival, from Sunday 25 May to 1 June 2014, London, UK “BEST FEATURE FILM” (“ƏN YAXŞI BƏDİİ FİLM”)-Baş Mükafat

3rd Madrid International Film festival 2014 (11 -19 July, 2014, Madrid – Spain)

SALENTO INTERNATIONAL FILM FESTIVAL, (21-28 June, 2014, Tricase, Italy)

«FRIENDS’MOVIE » INTERNATIONAL FILM FORUM (September 21- -25) Moscow, Russia

«INDIAN CINE FILM FESTIVAL- 2014. 27 September, Lonavala, Mumbai-Pune (INDIA)

«INTERNATIONAL MOVIE AWARDS – 2014», 24thSeptember,

Jakarta, Indonesia

PLATINUM AWARDS / PLATİNUM MÜKAFARI

Steppe Man (Azerbaijan Republic), directed by Shamil Aliyev
Best Director / Ən yaxşı rejissor

Uluslararası Van Gölü Film Festivalı, 23-29 sentyabr, 2014. Van, Türkiyə

İNCİ KEFALI ÖDÜLÜ / PEARL MULLET AWARD

EN İYİ CİNEMA FİLMİ (ƏN YAXŞI BƏDİİ FİLM –BAŞ MÜKAFAT) –ÇÖLÇÜ / BEST FEATURE FILM – STEPPE MAN

EN İYİ YÖNETMEN (ƏN YAXŞI REJİSSOR)– ŞAMİL ƏLİYEV (ÇÖLÇÜ)/ BEST DIRECTOR –SHAMIL ALIYEV (STEPPE MAN)

EN İYİ SSENARYO (ƏN YAXŞI SSENARİ) – VİDADİ HASANOV (ÇÖLÇÜ)/ BEST SCREENWRITER – VIDADI HASANOV (STEPPE MAN)

EN İYİ KADIN OYUNÇU (ƏN YAXŞI QADIN AKTİSA)– SALOME DEMURİA (ÇÖLÇÜ) / BEST ACTRESS (STEPPE MAN)

“AKBUZAT” Beynəlxalq Milli və Etnik Kinofestivalı, Rusiya – Başkortostan – Ufa, 27-29 noyabr 2014 II NOIDA INTERNATIONAL FILM FESTIVAL -2015,(INDIA – DELHI. 14FEBRUARY 2015) BEST DIRECTOR – JURY, SHAMIL ALIYEV IX BYRON BAY INTERNATIONAL FILM FESTIVAL, (AUSTRALIA – BYRON BAY, 6-9 MARCH, 2015) WORLD FILM AWARDS -2015 (INDONESIA, JAKARTA. 4-19 June, 2015) “GOLDEN WORLD AWARDS 2015”, Steppe man, directed by Shamil Aliyev – International film

 

Azərbaycan Kinosunun yaranmasından 121 il keçir

Bu gün Azərbaycan Kinosu Günüdür, kinomuzun yaranmasının 121-ci ildönümünü qeyd edilir. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.“Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.Azərbaycan kinosu böyük tarixə malikdir. Bu illər ərzində ölkəmizin, xalqımızın həyatının müxtəlif sahələrinə aid filmlər çəkilib. Təxminən son on ildə dövlət büdcəsindən ayrılmış vəsait hesabına 46 tammetrajlı bədii, 50 qısametrajlı bədii, 212 sənədli, habelə 23 cizgi filmi çəkilib. Bu gün gənclərimiz Türkiyə, Kanada, Rusiya kimi ölkələrin təhsil müəssisələrində bu sahədə təhsil alırlar. Eyni zamanda, ölkəmiz dünyanın müxtəlif ölkələrində keçirilən film festivallarında iştirak edir. 2014-2017-ci illər ərzində 26 filmimiz 48 ölkədə keçirilən 128 festivalda 219 dəfə iştirak edərək 49 mükafat qazanıb.Bu günlər kino xadimləri üçün əlamətdar hadisələrlə yadda qalıb. Belə ki, ölkə başçısı avqustun 1-də Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə bir qrup kino xadiminə fəxri adların verilməsi haqqında sərəncamlar imzalayıb.Bu gün Nizami Kino Mərkəzində Azərbaycan kinosunun 121 illiyinə həsr olunmuş tədbir keçiriləcək.xeber100.com  

Avqust 2, 2019 12:31

Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə…

Prezident İlham Əliyev Azərbaycan kino xadimlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.Sərəncama əsasən, Azərbaycanda kino sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər: Əlizadə Oqtay Mahmud oğlu Rzayev Nazim İsrafil oğlu Digər sərəncamla Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı kino xadimlərinə Azərbaycan Respublikasının fəxri adları verilib: “Xalq artisti” Əliyev Vidadi Hüseyn oğlu Həsənov Vidadi İsmail oğlu Quliyeva Xalidə Camal qızı “Əməkdar incəsənət xadimi” Azay Adil Çərkəz oğlu “Əməkdar artist” Əlilicanzadə Qorxmaz Məmməd oğlu Namazov Zilli Yunus oğlu “Əməkdar mədəniyyət işçisi” Ağayev Nəsir İsmayıl oğlu Dadaşova Nelli Hacı qızı Hüseynov Nazim Fikrət oğlu Quliyev Babək Barat oğlu Mahmudova Zəkiyyə Güləmi qızı Məmmədov Əli Bala Ənvər oğlu Muxtarova Tamilla Muxtar qızı Həmçinin Azərbaycan kino sənəti sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib: Babayeva Zemfira Baba qızı Sadıxova Zemfira Emin qızı Ağayev Xanlar Ağakərim oğlu, Həsənov Mahir Məhəmməd oğlu, Hüseynov Əlisəfdər Mürsəl oğlu isə Azərbaycanda kino sahəsində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif ediliblər.xeber100.com  

Avqust 1, 2019 12:33

Həsən Məmmədovun anadan olmasından 80 il ötür…

Bu gün kino sənətimizin inkişafında böyük xidmətləri olan Xalq artisti Həsən Məmmədovun anadan olmasından 80 il ötür. Bununla əlaqədar Prezident İlham Əliyevin bu il iyulun 30-da imzaladığı Sərəncamla ölkəmizdə ölməz sənətkarın yubileyi silsilə tədbirlərlə qeyd edilir. Sərəncamda deyilir: “Həsən Məmmədov Azərbaycan kinosunun qızıl fondunu təşkil edən filmlərdə təkrarolunmaz ifa tərzi ilə ekran həyatı verdiyi parlaq xarakterlər, həmçinin teatr səhnəsində canlandırdığı surətlərlə ölkənin mədəniyyət xəzinəsini zənginləşdirmişdir. Fitri istedadlı sənətkarın böyük yaradıcılıq potensialını təcəssüm etdirən rəngarəng obrazlar qalereyası kinematoqrafiyamızın və teatr salnaməmizin mühüm nailiyyətlərindən olub yüksək əxlaqi keyfiyyətlər aşılayır və gənc nəslin milli-mənəvi irsə ehtiram ruhunda tərbiyəsində əhəmiyyətli rol oynayır”.Aktyorun rollar siyahısında milli və Avropa klassiklərinin, çağdaş Azərbaycan və əcnəbi dramaturqlarının əsərlərinin tamaşalarındakı səhnə obrazları var.Kinoda çəkildiyi çoxsaylı rollar Həsən Məmmədovun yaradıcılığında xüsusi yer tutur. O, “Böyük dayaq” (Qaraş), “Arşın mal alan” (Əsgər), “Gün keçdi” (Oqtay), “Arxadan vurulan zərbə” (Qəmərlinski), “Bizi bağışlayın” (Nəriman), “Birisi gün gecə yarısı” (Baba Əliyev), “İstintaq” (Murad), “Dədə Qorqud” (Dədə Qorqud), “Axırıncı aşırım” (Abbasqulu ağa Şadlinski), “Sevil” (Balaş), “Yeddi oğul istərəm” (Bəxtiyar), “Bir cənub şəhərində” (Murad), “Qızıl qaz” (Fərman), “Bakıda küləklər əsir” (General), “Alma almaya bənzər” (Qurban), “Səmt küləyi” (Əlibala), “İstintaq davam edir” (Əzimov), “Şahid qız” (Polkovnik), “Qəm pəncərəsi” (Məmmədhəsən əmi), “Papaq” (Mirzə Səfər), “Həm ziyarət, həm ticarət” (Əlimurad), “Zirvə” (Kamil) filmlərində yaddaqalan rollar yaradıb.Həsən Məmmədov teatr və kino sənətində göstərdiyi xidmətlərə görə 1971-ci ildə Əməkdar artist, 1982-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. “İstintaq” bədii filmindəki Murad roluna görə 1981-ci ildə SSRİ Dövlət, "Birisi gün gecə yarısı" kino lentindəki Baba Əliyev obrazına görə isə Azərbaycan Respublikasının Dövlət mükafatları ilə təltif edilib.xeber100.com  

Noyabr 22, 2018 11:59

Bu gün Azərbaycan Kinosu Günüdür

2 Avqust Azərbaycan Kinosu Günüdür. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü sayılır.Ötən əsrin əvvəllərində “Pate”, “Pirone”, “Filma” kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib.Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni–iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. 1918-ci ildə onlar “Kinematoqrafiya və teatr qulluqçuları şurası”nda birləşiblər.Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış “Qız qalası” bədii filmi olub.1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək “Azdövlətkino”, “Azərkino”, “Azərfilm”, “Azdövlətkinosənaye”, “Bakı kinostudiyası”, “Azərbaycanfilm” adlandırılıb. 1960-cı ildən Cəfər Cabbarlının adını daşıyır.“Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.Ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə bir çox mühüm işlər görülür.Azərtac xəbər verir ki, bu gün Azərbaycan kinosu yaranmasının 120 illiyini qeyd edir. Azərbaycan kinosunun 120 illiyinin qeyd olunması haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən ölkəmizin hər yerində silsilə tədbirlər keçirilir. Bu il 120-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.Azərbaycan kinosu böyük tarixə malikdir. Bu illər ərzində ölkəmizin, xalqımızın həyatının müxtəlif sahələrinə aid filmlər çəkilib. Təxminən son on ildə dövlət büdcəsindən ayrılmış vəsait hesabına 46 tammetrajlı bədii, 50 qısametrajlı bədii, 212 sənədli, habelə 23 cizgi filmi çəkilib. Bu gün gənclərimiz Türkiyə, Kanada, Rusiya kimi ölkələrin təhsil müəssisələrində bu sahədə təhsil alırlar. Eyni zamanda, ölkəmiz dünyanın müxtəlif ölkələrində keçirilən film festivallarında iştirak edir. 2014-2017-ci illər ərzində 26 filmimiz 48 ölkədə keçirilən 128 festivalda 219 dəfə iştirak edərək 49 mükafat qazanıb.Bu günlər kino xadimləri üçün əlamətdar hadisələrlə yadda qalıb. Belə ki, ölkə başçısı avqustun 1-də Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə bir qrup kino xadiminə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.Bu gün Nizami Kino Mərkəzində Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Tədbirdə rejissor Yavər Rzayevin Azərbaycan kinosunun tarixinə və keçdiyi zəngin inkişaf yoluna həsr etdiyi sənədli film nümayiş olunacaq.Tədbir çərçivəsində bir sıra mədəniyyət və incəsənət xadimləri, o cümlədən kino xadimlərinin mükafatlandırılması nəzərdə tutulub.xeber100.com

Avqust 2, 2018 12:21

IV Britaniya film bahar festivalında

Mayın 1-dən 6-dək Nizami Kino Mərkəzində IV Britaniya film bahar festivalında Britaniya kinematoqrafiyasının uğur qazanmış ən yaxşı ekran əsərləri tamaşaçılara təqdim ediləcək.Azərtac xəbər verir ki, festival “British Council Azerbaijan”ın ölkəmizdə fəaliyyətinin 25-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər çərçivəsində təşkil olunur.“British Council Azerbaijan”, Böyük Britaniyanın ölkəmizdəki səfirliyi və Nizami Kino Mərkəzinin birgə əməkdaşlığı ilə reallaşacaq festival çərçivəsində bir-birindən maraqlı və fərqli 8 film - “Nəfəs al”, “Dafna”, “Korluq haqqında qeydlər”, “Devid Boui”, “Tutqun işıqlar şəhəri”, “İngiltərə mənimdir”, “Baxıcı” və “Əyri ev” nümayiş olunacaq.“British Council Azerbaijan”ın direktoru Elizabet Uayt IV Britaniya film bahar festivalı ilə bağlı fikirlərini bölüşüb. O deyib: “Builki festival üçün maraqlı filmlər seçilib. Ümid edirəm ki, Bakı tamaşaçıları bu möhtəşəm filmləri izləmək fürsətini qaçırmazlar. Biz Britaniya filmlərini və film rejissorlarını Azərbaycan tamaşaçılarına təqdim etmək, innovasiyalar, fərqlilik və mükəmməllik yaratmaq və yaradıcılıq mübadiləsi üçün imkanlar axtarmaq istəyirik”.Böyük Britaniyanın ölkəmizdəki səfiri Karol Krofts isə bildirib: “Birləşmiş Krallığın film sənayesi ötən ildə tamaşaçıların həyəcanla izlədiyi dramlar, blokbasterlər və komediyalarla yadda qalıb. Bu il Britaniya filminin tamaşaçı auditoriyasının artması ilə də əlamətdardır”.Festival çərçivəsində, həmçinin seminar da təşkil ediləcək.xeber100.com

Aprel 17, 2018 12:56