“Çölçü” filminin E. J. Wickes tərəfindən təhlili

25 İyul 2017 14:13

Xəbər 1161 dəfə oxunub

Şamil Əliyevin “Çölçü” filminin E. J. Wickes tərəfindən təhlili

“Möhtəşəm rejissura, professional yozum, peşəkar işıqlandırma, mükəmməl operator işi və ciddi montaj ilə birlikdə hazırlanan əla ekran dramıdır”.

Bizim aylıq film seçimimiz Şamil Əliyevin “Çölçü” filmidir. Bu, adsız bir şəxs haqqında hekayədir; o, müasir sivilizasiyadan uzaq Rusiya və Şimali İran arasında ot basmış çöllükdə  yaşayır. Film Azərbaycan yazıçısı Vidadi Həsənov tərəfindən yazılan hekayə əsasında ekranlaşdırılıb.Əsas  rolları aktyorlar Bəhruz Vaqifoğlu və Salome Demuriya canlandırırlar.86-cı Amerika Kinoakademiyası bu filmi Oskar Mükafatının uzun siyahısında qeyd etmişdir.Film qatarın uzaqda yerləşən çölə yaxınlaşması ilə başlayır. Kamera öncə tamaşaçını intəhasız, ucsuz-bucaqsız, lakin sakit və kədər dolu çölə aparır. Bir saat iyirmi dəqiqəlik filmin süjet xətti balaca çölçünün yağışlı gecədə atasını dərin yuxudan oyatmağı ilə davam edir. Ata və balaca   oğlan qamışdan dam örtüklü, suvaq çəkilmiş komada yaşayır və həmin gecə oğlanın sevimli dəvənin (Ağcanın) köşəyi doğulur.Həqiqi ferma olmasa da, (naturadakı tikili) qurulmuş dizayn və ağılın təbiiliyi yühsək ustalıqla tərtib olunub. Bu kiçik ailədə qadın yoxdur. Lakin əvvəllər burada qadının olması ilə bağlı kadr göstərilir. Bu epizodda təsvir olunan qadın balaca Çölçünün anası obrazında canlandırılır, lakin o, artıq onlarla yaşamır. Çöldəki həyat sadədir, və buna görə də daha çox təxəyyül tələb edir. Kənd həyatını obrazlaşdıran, hekayəni nəql edən şəxs-ata (Ulu) balaca oğlana sanki gələcəkdən xəbər verərək, onun sonradan “Şanapipik” adlı qızla tanış olacağından danışır.Balaca Çölçünün atası öz “mülk”lərində dəvələrə nəzarət etməklə pul qazanır. Uzun illərdir ki, rahat yaşamdan, sivil həyatdan uzaqlaşmasına baxmayaraq, atanın güclü nizam-intizamı şərtləndirən tələbləri var; oğlunu çöl həyatının adət və ənənələrini öyrədərək böyüdür. Onların  gündəlik təkrarlanan, yeknəsəq həyat tərzini göstərdikdən sonra, rejissor virtuoz keçid edir; gəncləşən, böyüyən Çölçü  əsl çoban obrazında yenidən kadrda  peyda olur.Onlar ata (Ulu) rəhmətə gedənə qədər birlikdə yaşayırlar. Sonra atasının peşəsini oğul davam etdirir. Onların şəhərdən kənarda olan tanışları çöldən uzaqdadır və sayları çox azdır. Bizim adsız çölçümüz yaşa dolduqca atasının yerini tutur və sürüyə nəzarət edən yetkin çobana çevrilir. Bir gün gənc dəvələri otlaqdan gətirəndə atasının həmişə oturduğu yerdə sakitcə rəhmətə getdiyini görür. Bu, gözlənilən idi, çünki atasının səhhəti getdikcə pisləşməkdə idi. Bundan sonra, yalnız qalan baş qəhraman “yeni əcaib həyat”la qarşılaşır.Mükəmməl rejissor həlli: atasının ölümündən sonra cavan çölçü şəhərə tək bir dəvə ilə daşıya biləcəyi əşyalarla (Ulunun cəsədi), paralel olaraq yol işləri üçün material daşıyan yük avtomobilinin göstərildiyi yaxşı düşünülmüş mənzərə – təzadlarla dolu dünya. Çölçü sənaye cəmiyyətindən kənar bir insandır, hətta öz dövrünün texnoloji tələblərindən belə…Çölçünün getdiyi yerdə yaşayanlar onu aşağı təbəqənin insanları sayırlar, o cəmiyyətin digər hissəsinin sahibləndiyi “maddi-mənəvi” nüfüza malik deyildir. Bir növ, Qərb standartlarındakı “avam”lar kimidirlər. Amma yenə də şəhər ənənələrindən çox da kənar deyildirlər. Bütövlükdə  onlardan biri kimi görünmək üçün fərqli bacarıqlar tələb olunsa da, Çölçü burada eyni dünyanın insanı kimi  göstərilir.Çölçünün taleyində çılğın qadınla rastlaşmaq imkanı yaranır. Həmin qadın ayrılıqdan doğan  depressiyasını yaşayır, qarşı tərəflə  münasibəti tamam kəsir. Məhz bizim çölçünün yolu üstündə həmin qadın hiddətlənir, axmaq və ədəbsiz sevgilisindən uzaqlaşmağa çalışır. Həmin ədəbsiz gənclə  qadın arasındakı mübahisə – meydana çıxacaq  gələcək toqquşmadan xəbər verir.Daha sonra kamera əlacsız məkanın obrazı  kimi Çölçünün yaşadığı yeri göstərir. Bu zaman Çölçü həmin mübahisə edən qızı yaşadığı komanın arxasındakı ot arabasında yatmış görür. Çaşqın halda  gündəlik məşğuliyyəti olan dəvələri otarmağa gedir. Qayıdarkən qızın qabları yuduğunu, komanı  yığışdırdığını gördükdə daha da təəccüblənir. Qadının əlacsız vəziyyətdə onun komasına sığınmaq cürətinə möhkəm əsəbiləşir.Aralarındakı çox qısa  münasibətdə bu xarakterlər arasında ciddiyyətin olduğu görünür. Onlar demək olar ki, ibtidai şəkildə Veldtdə yaşayan heyvanlar kimidirlər; çox az söhbət edirlər. Yalnız əvvəldə çölçünün atası tərəfindən danışılan nağılın yaranmasını müəyyənləşdirən qısa və iztirablı hekayələr, sözlərlə ifadə ediləcək dərəcədə əhəmiyyətli, mən deyərdim ki, əsas fikrin daşıyıcısı olur. Bəli, ilk baxışdan şəhərli qız (Qısa saçlı qız) ilə Çölçü oğlan arasında sadə sevgi hekayəsi. Lakin həmin sevgi çox bənzərsiz, unikal bir şəkildə söylənilir və ya təsvir edilir.Birlikdə yaşadıqlarından biri digərinin müqəddəratını təyin edir. Qız Çölçüdən təbiətlə harmoniyada yaşamağın sirlərini öyrənir, onun timsalında maddi dəbdəbələrdən asılı olmayan, yalnız ehtiyacı olanlarla kifayətlənən bir insanı görür. O, az danışan insandır və müasir sivilizasiyaya, modern həyata  qarşı onun sadəlik kimi bir gücü var.O isə qızın simasında çağdaş, qaynar həyat meyarları ilə yaşayan birisini görməyə başlayır. Qız ərköyün deyil və Çölçünün qıza qarşı şəfqəti artdığından aralarında yaranan münasibəti sonadək yaşatmaq üçün əlindən gələni edir.Film dramatiklik tələb edən istehsal dizaynına çox da ehtiyac olmayan kənd ərazilərində çəkilib. Kənd ərazisi özlüyündə möhtəşəmdir, fotoqrafiya və kinematoqrafiya onun həssas gözəlliyini ustalıqla və ambisiyasız bir şəkildə səhnəyə gətirir. Dəvələrin uzaq məsafədə otarılan görüntüləri mükəmməldir. Buradakı addımlar yavaşdır, lakin yalnız regionun böyük otlaqlarını əhatə edən geniş sükunətdə zehin gözünün yol çəkməsinə imkan verəcək qədər yavaş…Filmin temporitminin xəfif nizamlanması tənha çölün intəhasızlığını tamaşaçıya çatdırmaq üçün dəqiq hesablanıb.Düşünürəm ki, bu füsunkarlığın ona olan “müdaxilə”nin öhdəsindən necə gələcəyindən narahat olmaya bilərik. Açıq final tamaşaçıya bu sirli dünyanın axıra qədər dərk olunmamağına bir işarədir. Təbii ki, əgər bizim qadın nümayəndəmiz sürünü evə gətirmək üçün vaxtında oyanarsa…Tərəflər öz mövqelərindədirlər.Hər ikisində şəxsi istək və duyğuların inciməsini nəzərə almasaq, birgə yaşayışlarında qarşlıqlı anlayış, ehtiraslı gərginlik və fədakarlıq hiss etdim.Aktyorların ifası mükəmməl və gözəldir.Filmin belə gözəl sonluqla ərsəyə gəlməsi təəccüblü deyil. Möhtəşəm rejissura, professional yozum, peşəkar işıqlandırma, mükəmməl operator işi və ciddi montaj ilə birlikdə hazırlanan əla ekran dramıdır.

E.J.Wickes:  Cult Critic Fim Magazine-in vizual rəssamı və baş redaktorudur, həmçinin Metamodern Magazine Jurnalının təsisçisi və naşiridir. Onun estetikası incəsənət və kinematoqrafiyanın qovşağında yerləşir. Eric Hollivudun bir sıra studiyalarında, TV və müstəqil film istehsalçılarının İncəsənət departamentlərində çalışıb. Hazırda HLC Studioda Kreativ Direktor vəzifəsində çalışaraq şirkətin media və nəşriyyat bölməsinə nəzarət edir.

 

Azərbaycan Kinosunun yaranmasından 121 il keçir

Bu gün Azərbaycan Kinosu Günüdür, kinomuzun yaranmasının 121-ci ildönümünü qeyd edilir. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.“Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.Azərbaycan kinosu böyük tarixə malikdir. Bu illər ərzində ölkəmizin, xalqımızın həyatının müxtəlif sahələrinə aid filmlər çəkilib. Təxminən son on ildə dövlət büdcəsindən ayrılmış vəsait hesabına 46 tammetrajlı bədii, 50 qısametrajlı bədii, 212 sənədli, habelə 23 cizgi filmi çəkilib. Bu gün gənclərimiz Türkiyə, Kanada, Rusiya kimi ölkələrin təhsil müəssisələrində bu sahədə təhsil alırlar. Eyni zamanda, ölkəmiz dünyanın müxtəlif ölkələrində keçirilən film festivallarında iştirak edir. 2014-2017-ci illər ərzində 26 filmimiz 48 ölkədə keçirilən 128 festivalda 219 dəfə iştirak edərək 49 mükafat qazanıb.Bu günlər kino xadimləri üçün əlamətdar hadisələrlə yadda qalıb. Belə ki, ölkə başçısı avqustun 1-də Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə bir qrup kino xadiminə fəxri adların verilməsi haqqında sərəncamlar imzalayıb.Bu gün Nizami Kino Mərkəzində Azərbaycan kinosunun 121 illiyinə həsr olunmuş tədbir keçiriləcək.xeber100.com  

Avqust 2, 2019 12:31

Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə…

Prezident İlham Əliyev Azərbaycan kino xadimlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.Sərəncama əsasən, Azərbaycanda kino sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər: Əlizadə Oqtay Mahmud oğlu Rzayev Nazim İsrafil oğlu Digər sərəncamla Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı kino xadimlərinə Azərbaycan Respublikasının fəxri adları verilib: “Xalq artisti” Əliyev Vidadi Hüseyn oğlu Həsənov Vidadi İsmail oğlu Quliyeva Xalidə Camal qızı “Əməkdar incəsənət xadimi” Azay Adil Çərkəz oğlu “Əməkdar artist” Əlilicanzadə Qorxmaz Məmməd oğlu Namazov Zilli Yunus oğlu “Əməkdar mədəniyyət işçisi” Ağayev Nəsir İsmayıl oğlu Dadaşova Nelli Hacı qızı Hüseynov Nazim Fikrət oğlu Quliyev Babək Barat oğlu Mahmudova Zəkiyyə Güləmi qızı Məmmədov Əli Bala Ənvər oğlu Muxtarova Tamilla Muxtar qızı Həmçinin Azərbaycan kino sənəti sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib: Babayeva Zemfira Baba qızı Sadıxova Zemfira Emin qızı Ağayev Xanlar Ağakərim oğlu, Həsənov Mahir Məhəmməd oğlu, Hüseynov Əlisəfdər Mürsəl oğlu isə Azərbaycanda kino sahəsində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif ediliblər.xeber100.com  

Avqust 1, 2019 12:33

Həsən Məmmədovun anadan olmasından 80 il ötür…

Bu gün kino sənətimizin inkişafında böyük xidmətləri olan Xalq artisti Həsən Məmmədovun anadan olmasından 80 il ötür. Bununla əlaqədar Prezident İlham Əliyevin bu il iyulun 30-da imzaladığı Sərəncamla ölkəmizdə ölməz sənətkarın yubileyi silsilə tədbirlərlə qeyd edilir. Sərəncamda deyilir: “Həsən Məmmədov Azərbaycan kinosunun qızıl fondunu təşkil edən filmlərdə təkrarolunmaz ifa tərzi ilə ekran həyatı verdiyi parlaq xarakterlər, həmçinin teatr səhnəsində canlandırdığı surətlərlə ölkənin mədəniyyət xəzinəsini zənginləşdirmişdir. Fitri istedadlı sənətkarın böyük yaradıcılıq potensialını təcəssüm etdirən rəngarəng obrazlar qalereyası kinematoqrafiyamızın və teatr salnaməmizin mühüm nailiyyətlərindən olub yüksək əxlaqi keyfiyyətlər aşılayır və gənc nəslin milli-mənəvi irsə ehtiram ruhunda tərbiyəsində əhəmiyyətli rol oynayır”.Aktyorun rollar siyahısında milli və Avropa klassiklərinin, çağdaş Azərbaycan və əcnəbi dramaturqlarının əsərlərinin tamaşalarındakı səhnə obrazları var.Kinoda çəkildiyi çoxsaylı rollar Həsən Məmmədovun yaradıcılığında xüsusi yer tutur. O, “Böyük dayaq” (Qaraş), “Arşın mal alan” (Əsgər), “Gün keçdi” (Oqtay), “Arxadan vurulan zərbə” (Qəmərlinski), “Bizi bağışlayın” (Nəriman), “Birisi gün gecə yarısı” (Baba Əliyev), “İstintaq” (Murad), “Dədə Qorqud” (Dədə Qorqud), “Axırıncı aşırım” (Abbasqulu ağa Şadlinski), “Sevil” (Balaş), “Yeddi oğul istərəm” (Bəxtiyar), “Bir cənub şəhərində” (Murad), “Qızıl qaz” (Fərman), “Bakıda küləklər əsir” (General), “Alma almaya bənzər” (Qurban), “Səmt küləyi” (Əlibala), “İstintaq davam edir” (Əzimov), “Şahid qız” (Polkovnik), “Qəm pəncərəsi” (Məmmədhəsən əmi), “Papaq” (Mirzə Səfər), “Həm ziyarət, həm ticarət” (Əlimurad), “Zirvə” (Kamil) filmlərində yaddaqalan rollar yaradıb.Həsən Məmmədov teatr və kino sənətində göstərdiyi xidmətlərə görə 1971-ci ildə Əməkdar artist, 1982-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. “İstintaq” bədii filmindəki Murad roluna görə 1981-ci ildə SSRİ Dövlət, "Birisi gün gecə yarısı" kino lentindəki Baba Əliyev obrazına görə isə Azərbaycan Respublikasının Dövlət mükafatları ilə təltif edilib.xeber100.com  

Noyabr 22, 2018 11:59

Bu gün Azərbaycan Kinosu Günüdür

2 Avqust Azərbaycan Kinosu Günüdür. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü sayılır.Ötən əsrin əvvəllərində “Pate”, “Pirone”, “Filma” kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib.Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni–iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. 1918-ci ildə onlar “Kinematoqrafiya və teatr qulluqçuları şurası”nda birləşiblər.Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış “Qız qalası” bədii filmi olub.1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək “Azdövlətkino”, “Azərkino”, “Azərfilm”, “Azdövlətkinosənaye”, “Bakı kinostudiyası”, “Azərbaycanfilm” adlandırılıb. 1960-cı ildən Cəfər Cabbarlının adını daşıyır.“Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.Ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə bir çox mühüm işlər görülür.Azərtac xəbər verir ki, bu gün Azərbaycan kinosu yaranmasının 120 illiyini qeyd edir. Azərbaycan kinosunun 120 illiyinin qeyd olunması haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən ölkəmizin hər yerində silsilə tədbirlər keçirilir. Bu il 120-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.Azərbaycan kinosu böyük tarixə malikdir. Bu illər ərzində ölkəmizin, xalqımızın həyatının müxtəlif sahələrinə aid filmlər çəkilib. Təxminən son on ildə dövlət büdcəsindən ayrılmış vəsait hesabına 46 tammetrajlı bədii, 50 qısametrajlı bədii, 212 sənədli, habelə 23 cizgi filmi çəkilib. Bu gün gənclərimiz Türkiyə, Kanada, Rusiya kimi ölkələrin təhsil müəssisələrində bu sahədə təhsil alırlar. Eyni zamanda, ölkəmiz dünyanın müxtəlif ölkələrində keçirilən film festivallarında iştirak edir. 2014-2017-ci illər ərzində 26 filmimiz 48 ölkədə keçirilən 128 festivalda 219 dəfə iştirak edərək 49 mükafat qazanıb.Bu günlər kino xadimləri üçün əlamətdar hadisələrlə yadda qalıb. Belə ki, ölkə başçısı avqustun 1-də Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə bir qrup kino xadiminə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.Bu gün Nizami Kino Mərkəzində Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Tədbirdə rejissor Yavər Rzayevin Azərbaycan kinosunun tarixinə və keçdiyi zəngin inkişaf yoluna həsr etdiyi sənədli film nümayiş olunacaq.Tədbir çərçivəsində bir sıra mədəniyyət və incəsənət xadimləri, o cümlədən kino xadimlərinin mükafatlandırılması nəzərdə tutulub.xeber100.com

Avqust 2, 2018 12:21

IV Britaniya film bahar festivalında

Mayın 1-dən 6-dək Nizami Kino Mərkəzində IV Britaniya film bahar festivalında Britaniya kinematoqrafiyasının uğur qazanmış ən yaxşı ekran əsərləri tamaşaçılara təqdim ediləcək.Azərtac xəbər verir ki, festival “British Council Azerbaijan”ın ölkəmizdə fəaliyyətinin 25-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər çərçivəsində təşkil olunur.“British Council Azerbaijan”, Böyük Britaniyanın ölkəmizdəki səfirliyi və Nizami Kino Mərkəzinin birgə əməkdaşlığı ilə reallaşacaq festival çərçivəsində bir-birindən maraqlı və fərqli 8 film - “Nəfəs al”, “Dafna”, “Korluq haqqında qeydlər”, “Devid Boui”, “Tutqun işıqlar şəhəri”, “İngiltərə mənimdir”, “Baxıcı” və “Əyri ev” nümayiş olunacaq.“British Council Azerbaijan”ın direktoru Elizabet Uayt IV Britaniya film bahar festivalı ilə bağlı fikirlərini bölüşüb. O deyib: “Builki festival üçün maraqlı filmlər seçilib. Ümid edirəm ki, Bakı tamaşaçıları bu möhtəşəm filmləri izləmək fürsətini qaçırmazlar. Biz Britaniya filmlərini və film rejissorlarını Azərbaycan tamaşaçılarına təqdim etmək, innovasiyalar, fərqlilik və mükəmməllik yaratmaq və yaradıcılıq mübadiləsi üçün imkanlar axtarmaq istəyirik”.Böyük Britaniyanın ölkəmizdəki səfiri Karol Krofts isə bildirib: “Birləşmiş Krallığın film sənayesi ötən ildə tamaşaçıların həyəcanla izlədiyi dramlar, blokbasterlər və komediyalarla yadda qalıb. Bu il Britaniya filminin tamaşaçı auditoriyasının artması ilə də əlamətdardır”.Festival çərçivəsində, həmçinin seminar da təşkil ediləcək.xeber100.com

Aprel 17, 2018 12:56