“Corsican Circuit” beynəlxalq şahmat turniri keçiriləcək

20 Oktyabr 2017 11:49

Xəbər 957 dəfə oxunub

Oktyabrın 21-də Fransanın Bastiya şəhərində 21-ci “Corsican Circuit” beynəlxalq şahmat turniri keçiriləcək.Azərtac xəbər verir ki, beynəlxalq turnirdə Azərbaycanı qrossmeyster Namiq Quliyev təmsil edəcək.Əvvəlcə 81 şahmatçının, o cümlədən 9 qrossmeysterin iştirakı ilə “Open Oscaro” keçiriləcək. Turnir İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarət olacaq. Onun yekunlarına əsasən rapid üzrə “Corsica Masters” turnirinin 16 iştirakçısı müəyyən ediləcək. “Corsica Masters” oktyabrın 29-da Ayaçço şəhərində keçiriləcək.Beynəlxalq şahmat turnirinin reytinq-favoritləri amerikalı Qata Kamski, rusiyalı Aleksey Dreyev və ukraynalı Vladimir Onişşukdur.xeber100.com