COVID-19-a qarşı 11 milyon 17 min 859 doza peyvənd vurulub

17 Dekabr 2021 20:30

Xəbər 680 dəfə oxunub

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vurulan peyvənd dozalarının sayı 11 milyonu ötüb.2021-ci il yanvarın 18-dən etibarən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkədə peyvəndləmə prosesinə başlanılıb. Koronavirus əleyhinə fərqli platformalarda hazırlanan 4 növ peyvənddən istifadə edilir. Həmin peyvəndlər “CoronoVac”, “AstraZeneca”, “Pfizer” və “Sputnik V” peyvəndləridir.“COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə vaksinasiya prosesi iki mərhələdən ibarətdir. Vaksinasiyanın birinci mərhələsi ilə ikinci mərhələsi arasında minimum 28, maksimum 56 gün vaxt olmalıdır. Həmçinin Səhiyyə Nazirliyi hər 2 doza vaksin almış risk qrupuna daxil olan vətəndaşlara, xroniki xəstəliyi olanlara, bütün tibb işçiləri və yaşı 50-dən yuxarı olan əhaliyə “buster” doza ilə peyvəndlənməyi tövsiyə edir. Vaksinasiyanın ikinci mərhələsindən 6 ay sonra vətəndaşlar, ehtiyac yarandıqda revaksinasiya oluna bilərlər.Xatırladaq ki, ölkədə COVID-19 əleyhinə vurulan peyvənd dozalarının sayı oktyabrın 12-də 9 milyonu, noyabrın 12-də isə 10 milyonu ötüb.Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 17 min 859, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 134 min 947, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 634 min 404 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 248 min 508 nəfər təşkil edir.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05