COVID-19-a yeni yoluxma və ölüm hallarının sayı azalmaqda davam edir

7 Oktyabr 2021 15:04

Xəbər 298 dəfə oxunub

COVID-19-a yeni yoluxma və ölüm hallarının sayı azalmaqda davam edir. Bu, vəziyyətin dəyişməz olaraq qaldığı Avropa istisna olmaqla, planetin bütün bölgələrinə aiddir.Qlobal səviyyədə, sentyabrın 27-dən – oktyabrın 3-nədək yeni yoluxma hallarının sayı doqquz faiz azalıb, müsbət dinamika avqust ayından bəri davam edir. Yoluxmada ən böyük azalma Afrikaya (43 faiz) təsadüf edib, ikinci yerdə Şərqi Aralıq dənizi (21 faiz) qərarlaşıb, daha sonra Cənub-Şərqi Asiya (19 faiz) və Amerika ölkələri (12 faiz) yer alıblar.Ümumdünya Səhiyyə Təşkilatının həftəlik bülleteni xəbər verir ki, hazırda yoluxanların ümumi sayı 234 milyonu keçib, rəsmi məlumatlara görə, təxminən, 4,8 milyon insan COVID-19 səbəbindən həyatını itirib.Amerika və Avropa istisna olmaqla, bütün bölgələrdə koronavirus infeksiyasından ölənlərin sayında kəskin azalma müşahidə edilir. Yenə də ən böyük azalma Afrika ölkələrində qeyd edilir, əvvəlki həftə ilə müqayisədə orada ölüm nisbətləri 25 faiz azalıb.100 min əhaliyə düşən COVID-19-a ən çox yeni yoluxma və ölüm halları Avropa və Amerika ölkələrində müşahidə olunur. Ümumilikdə, dünyada keçən həftə yoluxma sayına görə ABŞ “liderlik edirdi” (həftədə 760 571 hadisə), ikinci yerdə Böyük Britaniya (239 781), sonra Türkiyə (197 277), Rusiya (165 623 – əvvəlki həftə ilə müqayisədə 13 faiz artım var) və Hindistan (161 158 hadisə – bundan əvvəlki həftə ilə müqayisədə 21 faiz artım var) qərarlaşıblar.xeber100.com

Koronavirusun yeni variantı ilə bağlı əhaliyə xəbərdarlıq edilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virusla bağlı əhaliyə xəbərdarlıq edib. TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva açıqlamasında bildirib ki, artıq bir neçə aydır COVID-19-un alt variantı olan EG.5 - elmi ədəbiyyatda həm də “Eris” kimi tanınan virus son zamanlar bütün dünyada sürətlə yayılmaqdadır. O bildirib ki, xüsusilə ABŞ, Çin, Böyük Britaniya və Avropanın digər ölkələrində yeni yoluxmalara və yoluxma saylarında artıma səbəb olub: "Bu hal ilk dəfə deyil, daha öncə də COVID-19-un digər ştammlarında qeydə alınıb. Tendensiya onu göstərir ki, hər bir yeni yaranmış ştam özündən öncəki ştammdan daha yüngül simptomlara malik olur. Lakin yeni ştammlarların yoluxduruculuq qabiliyyəti əvvəlkilərdən yüksək olması ilə fərqlənir. Bu isə qısa zamanda kütləvi yoluxmalara səbəb olur". Hazırda Azərbaycanda COVID-19 xəstəliyinin yeni ştamına yoluxma hallarına rast gəlinmədiyini xatırladan TƏBİB rəsmisi vurğulayıb ki, insanların böyük əksəriyyəti COVID-19 xəstəliyini artıq keçirib və sağalıb: "Ölkədə peyvəndlənmə faizi də qənaətbəxş hesab ediləcək səviyyədədir. COVID-19-un alt variantı olan EG.5-ə qarşı xüsusi peyvənd növünün hazırlanması və xüsusi peyvəndlənmə prosesinin başlanılması barədə beynəlxalq protokollarda tövsiyələr mövcud deyil. Hər zaman olduğu kimi, COVID-19-un bütün ştammlarına qarşı risk qrupuna daxil olan şəxslər daha diqqətli olmalıdırlar. Risk qrupuna yanaşı və xroniki xəstəlikləri olanlar, peyvənd olunmayan şəxslər daxildir". Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünya üzrə son zamanlar COVID-19-a yoluxanların sayı 38 % artıb. Belə ki, Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb. Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Ölüm halları avqust ayı ilə müqayisədə 5% artıb. Qardaş Türkiyədə isə yeni ştamla əlaqəli həyəcan təbili çalınıb.xeber100.com

Sentyabr 18, 2023 14:05