Müqəddəs Ramazan ayında COVID-19 pandemiyası ilə əlaqədar yeni məhdudiyyətlər tətbiq edilir.Azərtac xəbər verir ki, son sutkada Misirdə yeni növ koronavirusdan 41 nəfər vəfat edib, həyatını itirənlərin ümumi sayı isə 12 min 694-ə çatıb. Ölkənin 18 vilayətində təravih namazları vaxtı əhalinin toplaşması və ibadət vaxtı məhdudlaşdırılıb. Bundan başqa, xristian kilsələrində də qarşıdakı bayramlarda ibadətlər qadağan edilib. Qibti keşişləri pasxa zamanı insanlara evlərində ibadət etməyi tövsiyə edib. Misirin səhiyyə naziri Halə Zayid əhaliyə müraciət edərək Ramazan ayı boyunca karantin qaydalarına əməl etməyə çağırıb.Tunisdə daha sərt karantin qaydaları tətbiq edilib. Belə ki, axşam saat 7-dən səhər 5-dək insanların küçəyə çıxması və avtomobillərin hərəkəti qadağan olunub. Ölkə Prezidenti Kais Said əhalini karantin qaydalarına əməl etməyə çağırıb. O əlavə edib ki, Ramazan ayında pandemiya nəticəsində minlərlə iş yeri bağlanıb və insanların ağır sosial vəziyyətini yüngülləşdirmək məqsədilə əlavə tədbirlər görüləcək. Bundan başqa, Tunisdə aprelin 30-dək məktəblərdə dərslər də dayandırılıb. Cəmi 11 milyon əhalisi olan bu ölkədə indiyədək 282 mindən çox yoluxma və 9 min 700 ölüm faktı qeydə alınıb.Silahlı münaqişə ilə çalxalanan Efiopiyada da Ramazan ayında yeni məhdudiyyətlər tətbiq edilib. İndiyədək 240 minə yaxın insanın COVID-19-a yoluxduğu və 3 min 300 nəfərin vəfat etdiyi bu ölkədə axşam saatlarında əhalinin küçəyə çıxması və məscidlərdə kütləvi namaz qılması məhdudlaşdırılıb. Bundan başqa, ölkəyə giriş-çıxış da qadağan edilib. Efiopiyanın Tiqray bölgəsində silahlı münaqişə nəticəsində Sudana sığınmış qaçqınların düşərgəsində isə vəziyyət daha ağırdır. Pandemiya ilə yanaşı, evlərindən didərgin düşmüş insanlar aclıq təhlükəsi ilə qarşılaşıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…