COVID vaksinlərinin sayı 1,3 milyard dozaya çatıb

4 İyul 2021 14:17

Xəbər 135 dəfə oxunub

Çində vurulan COVID vaksinlərinin ümumi sayı həftə ərzində təxminən 9,2 faiz artaraq 1,3 milyard dozaya çatıb.Azərtac xəbər verir ki, bu rəqəmləri Çinin Gigiyena və səhiyyə məsələləri üzrə Dövlət Komitəsi açıqlayıb.Komitənin məlumatına görə, ölkədə indiyədək 1 milyard 296 milyondan çox peyvəndləmə aparılıb. Ötən sutka 12,8 milyon nəfər vaksinasiya edilib. Beləliklə, son 24 saatda koronavirus əleyhinə vurulan vaksin dozalarının miqdarı 1 faiz artıb. Ölkənin aparıcı mütəxəssislərinin fikrincə, ilin sonunadək Çində vaksinasiya səviyyəsi 80 faizə yüksələ və sakinlərdə kollektiv immunitet formalaşa bilər.Əhalinin bu il aparılan son siyahıyaalınmasına əsasən, Çin sakinlərinin (Tayvan, Honkonq və Makao xüsusi inzibati rayonları daxil olmaqla) sayı 1,44 milyard nəfərdir.Vaksinasiyanın statistikasını aparan “Ourworldindata.org” saytının iyulun 3-nə olan məlumatına görə, dünya üzrə koronavirusa qarşı vurulan peyvənd dozalarının miqdarı 3 milyard 160 milyonu ötüb. Ümumilikdə 13 ölkədə əhalinin sayından çox vaksin dozası vurulub.xeber100.com