Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Çövkən Milli Atüstü Oyunu üzrə Prezident kuboku turnirinə start verilib.ARAF-dan Azərtac-a verilən məlumata görə, püşkatmanın nəticəsinə əsasən günün ilk oyununda “A” qrupu üzrə “Ağstafa” çövkən komandası ilə “Murad” çövkən komandası üz-üzə gəlib. Görüş “Murad” komandasının böyük hesablı qələbəsi ilə başa çatıb (7-0).Günün ikinci oyunu “B” qrupunda oynanılıb. “Qarabağ” komandası “Köhlən”i 3-1 hesabı ilə məğlub edib.Həmin qrupun digər oyununda “Omar” ilə “Polad” çövkən komandaları qarşılaşıblar. Görüş “Omar” komandası 1-0 hesablı qələbəsi ilə başa çatıb.Günün son oyunu “A” qrupu yer alan “Buta Golden” və “Sərhədçi” çövkən komandaları arasında baş tutub. Oyunda “Sərhədçi” komandası rəqibinin qapısından 6 cavabsız top keçirib.Qeyd edək ki, dekabrın 13-14-də Çövkən Milli Atüstü Oyunu üzrə Prezident kuboku turnirinin qrup mərhələsində ikinci turun oyunları keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…