Son illərdə ölkəmizdə demoqrafik göstəricilərdə də artım müşahidə olunur. Bu da o deməkdir ki, son 10 il ərzində əhali 1 milyon nəfər artıb. Ölkədə əhalinin artım indeksi müsbətdir. Digər ölkələrdə isə məsələn, Rusiya Federasiyasında bu rəqəm mənfidir. Gürcüstanda əhalinin artım indeksi son zamanlar mənfiyə doğru gedir, yəni orada da əhalinin sayının artması müşahidə olunmur. Ümumiyyətlə götürdükdə isə Qafqazda təbii artım zəifdir. Ekspert Vüqar Bayramlının fikrincə, Azərbaycan üçün təbii artımın qorunub saxlanması və ən azı müstəqilliyin ilk illəri səviyyəsinə çatdırılması olduqca vacibdir: “Aydındır ki, indi ailədə uşaqların optimal sayına münasibət keçmiş ittifaq dövründə olduğu kimi eyni deyil. Bunun kifayət qədər obyektiv və psixiloji səbəbləri var. Məhz bu səbəblər yerləşdiyimiz regionda və hətta bütün MDB ölkələri üzrə təbii artımın azalmasına səbəb olub. İqtisadi faktorlar ilə yanaşı psixiloji və zamanla dəyişən dəyərlər də təbii artımın aşağı düşməsində az rol oynamır. Təbii ki, bu artım daha çox iqtisadi məsələdir. Əgər orta əsrlərdə daha çox uşaq daha çox işçi qüvvəsi anlamına gəlirdisə, indi çox ailə üzvü çox xərcdir. Yəni, ailədə uşaqların sayının çox olması artıq ailə büdcəsində gəlir deyil, xərc yaradır”. Aparılan araşdırmalar nəticəsində belə məlum olub ki, müstəqillik illərində Azərbaycanda çoxuşaqlı ailələrə dövlət dəstəyi olmadığından onların sayı kəskin şəkildə azalıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, 1999-cu ilin əhalinin siyahıya alınması zamanı 1 uşaqlı ailələrin sayı 288 200 (22,5%), 2 uşaqlı ailələr 450 700 (35,3%), 3 uşaqlı ailələr 326 200 (25,5%), 4 və daha çox uşaqlı ailələr 213 900 (16,7%) olub. 2009-cu ildə əhalinin siyahıya alınması zamanı göstəricilər belə olub: 1 uşaqlı ailələr 396 000 (30,1%), 2 uşaqlı ailələr 529 000 (40,3%), 3 uşaqlı ailələr 261 900 (19,9%), 4 və daha çox uşaqlı ailələr 126 700 (9,7%). Xatırladaq ki, “Çoxuşaqlı ailələrə dövlət yardımı haqqında” qanun layihəsində belə ailələr üçün nəzərdə tutulan güzəştlər var. Qanun layihəsinə əsasən, təhsil və səhiyyə xidmətləri ilə bağlı güzəştlər dərman ləvazimatlarının əldə olunmasında güzəştlərin tətbiq olunması, yəni müvafiq kompensasiyaların verilməsi, eyni zamanda məktəb formasının əldə olunması üçün dövlət tərəfindən həmin ailələrə kompensasiyaların ödənilməsi kimi müddəaları əhatə edir. Yeri gəlmişkən, çoxuşaqlı ailələrdə anaların analıq məzuniyyətinə çıxdığı hallarda məzuniyyət müddətinin uzadılması da təklif olunur. Amma hələlik bu müddətin nə qədər olacağı müzakirə edilir. Belə anaların analıq məzuniyyətində olduğu müddət də əmək stajı kimi sayılacaq. Onu da qeyd edək ki, qanun layihəsinin hazırlanması zamanı bir sıra Avropa ölkələrində demoqrafiyanın inkişafı ilə bağlı icra olunan proqramların təcrübəsindən istifadə edilib. Belə ki, Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda demoqrafik vəziyyət nisbətən sabitdir. Amma əhalinin sosial müdafiəsinin təmin olunması, o cümlədən demoqrafik proseslərin tənzimlənməsi və inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər sırasında bu qanun müstəsna rol oynayır. Xatırladaq ki, “Çoxuşaqlı ailələrə dövlət yardımı haqqında” qanun qəbul edilsə, ondan uşaqların sayı 18-i keçməyən 3 və daha uşağı olan ailələr, 2 və daha çox əkiz uşaqları olanlar faydalana biləcək. Bundan başqa, qanun layihəsində “Qəhrəman ana” anlayışı da nəzərdə tutulub – bu ad 5 və daha artıq uşağı olan qadınlara veriləcək. Bundan başqa sənəddə qanunun gətirəcəyi üstünlüklərdən sui-istifadənin qarşısını almaq da nəzərdə tutulur. Qeyd edək ki, BMT-nin İqtisadi və Sosial Əlaqələr Departamenti dünya əhalisinin artım və azalma tempi ilə bağlı geniş təhlil aparıb. Həmin təhlillərdə illər üzrə dünya ölkələrinin artım və azalma tepmi göstərilib. Hesabata görə, Azərbaycanda əhalinin sayı 2050-ci ildə 10 milyon 942 min, 2100-ci ildə isə 10 milyon 324 min nəfər olacağı proqnozlaşdırılır. BMT-nin rəqəmləri dövlət qurumlarından fərqli olaraq, Azərbaycanda əhalinin sayının azalacağını göstərir. “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-ci illər)”na əsasən, çoxuşaqlı və natamam ailələrin əlverişli şərtlərlə sosial təyinatlı mənzillərlə təmin olunması üzrə müvafiq tədbirlərin həyata keçirilməsi, ailələrin, xüsusilə üç və daha çox uşaqlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması üçün güzəştli ipoteka kreditlərinin verilməsi şərtlərinin sadələşdirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi, ali və orta ixtisas məktəblərinin yataqxanalarında ailəli tələbələrin ayrı otaqla təmin edilməsi və s. üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub…
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…