“Criterium Du Dauphine” veloyürüşü davam edir

14 Avqust 2020 11:41

Xəbər 1178 dəfə oxunub

Fransada “Criterium Du Dauphine” veloyürüşü davam edir. İştirakçılar yarışın ikinci mərhələsində 135 kilometr məsafə qət ediblər.Azərtac xəbər verir ki, sloveniyalı velosipedçi Primoj Roqliç finiş xəttini rəqiblərindən tez keçib.O, 3 saat 39 dəqiqə 40 saniyəlik nəticə göstərib. Fransa idmançısı Tibo Pino ikinci olub. O, finiş xəttini liderdən 8 saniyə gec keçib. İlk üçlüyü isə almaniyalı Emmanuel Buxman tamamlayıb. Mərhələnin qalibi olan P.Roqliç ümumi yarış cədvəlində liderliyi ələ keçirib.Beş mərhələdən ibarət veloyürüşə avqustun 16-da yekun vurulacaq.xeber100.com