Beynəlxalq Cüdo Federasiyası (İJF) növbəti dünya reytinqini açıqlayıb.Azərtac xəbər verir ki, Azərbaycan cüdoçularının bəzilərinin reytinqi aşağı düşüb. Olimpiya Oyunlarının mükafatçısı Rüstəm Orucov (73 kq) dünya reytinq cədvəlində liderliyini qoruyub. İdmançımız ən yaxın izləyicisi Soıçı Haşımotonu 107 xal qabaqlayır.Həmin çəki dərəcəsində daha bir idmançımız Hidayət Heydərov da liderlər qrupunda mövqeyini dəyişməyib. İkinci Avropa Oyunlarında bürünc medal qazanan idmançımız altıncı pillədədir.Komandamızın ağır çəkili cüdoçusu Uşangi Kokauri (+100 kq) bir pillə geriləyib. O, hazırda 14-cü pillədədir. Dünya reytinqində dördüncü olan İrina Kindzerska (+78 kq) da bir pillə geriləyərək beşinci mövqedə qərarlaşıb. “Minsk 2019”un bürünc mükafatçıları Məmmədəli Mehdiyev (90 kq) dördüncü, Elmar Qasımov (100 kq) onuncu yeri tuturlar.Yüngül çəkilərə gəldikdə, Nicat Şıxəlizadə (66 kq) 25-ci, Orxan Səfərov (60 kq) 37-ci sırada qərarlaşıblar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…