Cüdo Federasiyasının bəyanatına görə…

5 İyun 2018 20:44

Xəbər 573 dəfə oxunub

Azərbaycan Cüdo Federasiyası (ACF) bəyanat yayıb. Apasport.az saytının xəbərinə görə, bəyanatda kişilərdən ibarət yığmanın sabiq çalışdırıcısı Fərhad Məmmədovla bağlı yayılan xəbərlərin həqiqəti əks etdirmədiyi vurğulanıb.Bildirilir ki, Məmmədovun yerinə təyin olunan yeni köməkçi məşqçi əcnəbi mütəxəssis deyil, cüdo üzrə yeganə dünya çempionumuz Elxan Məmmədovdu: “Baş məşqçi Ruslan Maşurenkonun digər köməkçiləri də yerli mütəxəssislərdi. İlk Olimpiya çempionumuz Nazim Hüseynov, Mehman Əzizov və Azər Şıxəliyev onunla birgə işləyəcəklər. Fərhad Məmmədova gəlincə, 2015-ci ilin sentyabrında Azərbaycan Cüdo Federasiyasına yeni rəhbərlik seçiləndə, o, gənclərdən ibarət milli komandanın məşqçisi idi. Millimizin aparıcı cüdoçularının təklifi ilə avstriyalı mütəxəssis Peter Zayzenbaher kişilərdən ibarət yığmaya baş məşqçi gətiriləndə, məhz indiki rəhbərliyin təşəbbüsü ilə Məmmədov onun köməkçisi təyin edildi. Avstriyalı məşqçi ilə də bəzi məqamlarda fikir ayrılığına gələn Məmmədov bir neçə dəfə Zayzenbaher tərəfindən məşqlərdən kənarlaşdırılıb və yığma komandadan göndərilməsi məsələsi gündəmə gətirilib”.Bəyanatda həmin vaxtda məhz federasiya rəhbərliyinin təkidi ilə Məmmədov yenidən işinə qaytarıldığı və bu barədə heç bir yerə məlumat verilmədiyi də qeyd edilib: “Məlum səbəblərə görə Zayzenbaherin gedişindən sonra yeni baş məşqçi təyin olunanadək bu post Məmmədova həvalə olundu. Ötən dövrün hazırlıq bünövrəsi 2017-ci ildə Avropa və dünya çempionatlarında effekt verib tükəndikdən sonra Məmmədov özü əcnəbi baş məşqçinin gətirilməsinin zəruriliyini rəhbərliyə bildirdi. Ukraynalı mütəxəssis milli komandaya baş məşqçi təyin edildikdən sonra Məmmədov və digər yerli məşqçilər köməkçi-məşqçi kimi işlərini davam etdirdilər. Bütün bunları sadalamaqda məqsədimiz Azərbaycan Cüdo Federasiyasının yerli mütəxəssislərə önəm verməsini göstərməkdi. Hazırda Federasiyada 45-i regionlarda olmaqla, ümumilikdə 110 məşqçi fəaliyyət göstərir. Yeniyetmələr, gənclər və qadınlardan ibarət milli komandaların bütün məşqçi heyəti yerli mütəxəssislərdi. Yığmalarımızın Bakıda keçiriləcək dünya çempionatına hazırlıq prosesi sürətlə davam edir. Göygöldə 20 gün ərzində Fransa və Türkiyə milliləri ilə birgə məhsuldar təlim-məşq toplanışından sonra hazırda yığma komandamız hazırlıq prosesini Koreyada, daha sonra isə Yaponiyada beynəlxalq formatda davam etdirəcək. Məhz belə bir dönəmdə Məmmədovun mətbuata bu cür açıqlaması bütün komandada, xüsusən də onun şəxsi tələbələrində neqativ ab-hava yaradır”.Bəyanatda Mövlud Mirəliyevin istefasının səbəbləri də açıqlanıb: “Bir faktı qeyd edək ki, o, 2017-ci ilin noyabrında öz xahişi ilə millidəki vəzifəsini tərk edib. Mirəliyev Göygöl Olimpiya İdman Kompleksinin direktoru vəzifəsində çalışır və Federasiyanın da qərb zonası üzrə rəsmi nümayəndəsidi”.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02