Cüdo Federasiyasının dəstəyi ilə…

18 Aprel 2017 11:18

Xəbər 873 dəfə oxunub

Cüdo Federasiyasının dəstəyi və “Judo Club 2012”nin təşkilatçılığı ilə aprelin 20-də 21 yaşadək oğlanlar və qızlar arasında cüdo üzrə klub komandaları arasında beynəlxalq turnir keçiriləcək.Azərtac xəbər verir ki, turnir aprel döyüşlərində qəhrəmancasına həlak olmuş polkovnik-leytenant Raquf Orucovun və digər hərbçilərimizin əziz xatirəsinə həsr edilib.“Raquf Orucov Kuboku” turnirində Azərbaycan ilə yanaşı, Rusiya, İran və Gürcüstanın klub komandaları da iştirak edəcəklər.Turnir Bakı İdman Sarayında təşkil olunacaq.xeber100.com