Cüdo Federasıyasının məlumatı…

13 Yanvar 2017 11:29

Xəbər 1265 dəfə oxunub

Yanvarın 12-də “Sərhədçi” Olimpiya İdman Kompleksində cüdo üzrə gənclər arasında Bakı şəhər açıq birinciliyinə start verilib.Azərbaycan Cüdo Federasıyasından Azərtac-a bildiriblər ki, ilin ilk yarışı iki gün davam edəcək. Paytaxt birinciliyində 200-ə yaxın cüdoçu qüvvəsini sınayır.Yarışın ilk günündə qızların mübarizəsində bütün çəki dərəcələrində qaliblər müəyyənləşib. Oğlanların yarışında isə 55 və 60 kiloqram çəki dərəcələrində qarşılaşmalar başa çatıb.xeber100.com