Cüdo Federasiyasının məlumatı

19 İyun 2017 11:58

Xəbər 1278 dəfə oxunub

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən veteran cüdoçular arasında Avropa çempionatının komanda yarışları millimiz üçün uğurlu olub.Azərbaycan Cüdo Federasiyasından Azərtac-a bildiriblər ki, 30-40 yaş kateqoriyası üzrə komanda yarışında mübarizə aparan millimiz bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanıb.Qeyd edək ki, fərdi yarışlarda veteran cüdoçularımız 4 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıblar.xeber100.com