Cüdo üzrə açıq Avropa kuboku yarışı start götürüb

11 İyun 2022 19:00

Xəbər 388 dəfə oxunub

Bu gün İspaniyanın paytaxtı Madriddə cüdo üzrə açıq Avropa kuboku yarışı start götürüb.Cüdoçularımız yarışın birinci günündə iki medal qazanıblar. Gümüş medalı komandamızın aktivinə Nazir Talıbov (60 kq) yazdırıb. Bürünc medalı isə qadın cüdoçumuz Leyla Əliyeva (48 kq) qazanıb.Qeyd edək ki, Azərbaycanı yarışda 13 idmançı təmsil edir.Qırx ölkədən 400-dən çox idmançının mübarizə apardığı yarış iki gün davam edəcək.xeber100.com