“Sərhədçi” İdman Olimpiya Mərkəzində cüdo üzrə açıq Bakı birinciliyi keçirilib. İyirmi üç yaşadək gənclər arasında təşkil olunan yarışda 23 komandadan 308 idmançı (280 oğlan, 28 qız) qüvvəsini sınayıb.Azərtac xəbər verir ki, “Neftçi İdman Klubu” İctimai Birliyinin cüdoçuları paytaxt birinciliyinin 6 medalına (3 qızıl,1 gümüş, 2 bürünc) sahib olublar.İki gün davam edən və 14 çəki dərəcəsi üzrə keçirilən yarışda xanım idmançılardan Ülviyyə Bayramova (52 kq) və Nigar Cəfərova (78 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Cəmalə Muqumova (70 kq) gümüş, Aytac Quluzadə (48 kq) və Əsmər İsgəndərova (52 kq) isə bürünc medala layiq görülüblər.Oğlanlar arasında 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Cavid Muradov bütün qarşılaşmaları qələbə ilə başa vuraraq paytaxt birinciliyinin qalibi adını qazanıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…