Aprelin 20-də Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatı start götürəcək.Azərbaycan Cüdo Federasiyasından Azərtac-a bildiriblər ki, dörd gün davam edəcək yarışda ölkəmiz 13 idmançı ilə təmsil olunacaq.Çempionatın ilk iki günündə cüdoçularımız fərdi yarışlarda mübarizə aparacaqlar. Aprelin 23-də isə millimiz komanda yarışında qüvvəsini sınayacaq.Fərdi yarışlarda Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə, (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Rüfət İsmayılov (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq), Uşanqi Kokauri (100 kq-dan yuxarı), Aişə Qurbanlı (48 kq) və Nəzakət Əzizova (52 kq) mübarizə aparacaqlar.Komanda yarışlarında isə Vüqar Şirinli (66 kq) və Tural Səfquliyev (90 kq) digər cüdoçularımızla birgə güclərini sınayacaqlar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…