U-23 qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatına start verilib.Əvvəlcə yarışın açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri Natiq Bağırov, Milli Olimpiya Komitəsinin nümayəndəsi İntiqam Səfərov və Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu Azərbaycanda dövlət tərəfindən idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıblar. Ölkəmizdə populyar idman növlərindən biri olan cüdonun da daha geniş yayılması və kütləviləşməsi istiqamətində görülən işlərin davam etdirildiyi bildirilib. Bu idman növü üzrə yeniyetmələr, gənclər və böyüklərdən ibarət komandalarımızın beynəlxalq arenalarda böyük nailiyyətlər qazandıqlarını qeyd edən çıxışçılar iştirakçılara uğurlar arzulayıblar.Açılış mərasimində Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin təhlükəsizlik məsələləri üzrə katibi Hamada Masato da iştirak edib.Turnirin birinci günündə 4 çəki dərəcəsində 150 idmançı arasında qaliblər müəyyənləşib.Belə ki, qadınlar arasında Ramilə Əliyeva (48 kq), Leyla Hüseynova (63 kq), kişilərin yarışında Kənan İsmayılov (60 kq), Adil Adilzadə (81 kq) qalib adına layiq görülüblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…