Bakı İdman Sarayında cüdo üzrə Azərbaycan çempionatında ilk günün qalibləri məlum olub.Azərtac xəbər verir ki, çempionatın birinci gününün yekununda oğlanların yarışında fəxri kürsünün ən yüksək pilləsinə 60 kiloqram çəki dərəcəsində Vüqar Şirinli (Qəbələ), 66 kiloqram çəki dərəcəsində isə Tərlan Kərimov (Dinamo Sumqayıt) qalxıblar.Qızların mübarizəsində isə qızıl medallara Leyla Əliyeva (48 kq, Neftçi), Purevsuren Buyanxişiq (52 kq, Neftçi), Ülviyyə Rəhimli (57 kq, UGİM-1), İrina Jukovets (63 kq, Atilla), Günel Həsənli (70 kq, Zirvə), Nurana Muradova (78 kq, Sumqayıt idman məktəbi) və Gözəl Zutova (78 kq-dan yuxarı, Zaqatala) sahib olublar.Çempionatın mükafatçılarına medallar, diplom və pul hədiyyələri təqdim olunub.Mükafatları idmançılara Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev, Avropa Cüdo İttifaqının Hakimlər Komitəsinin sədri Aleksandr Yatskeviç, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Mikayıl İsmayılov, SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov, tanınmış cüdo xadimləri təqdim ediblər.Qeyd edək ki, respublika çempionatında 55 klubdan 497 cüdoçu mübarizə aparır.Yarışa dekabrın 28-də yekun vurulacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…