Cüdo üzrə Bakı birinciliyi start götürüb

13 Dekabr 2018 12:47

Xəbər 844 dəfə oxunub

“Sərhədçi” İdman Olimpiya Mərkəzində cüdo üzrə 2002-2004-cü illər təvəllüdlü oğlanlar və qızlar arasında Bakı birinciliyi start götürüb.Azərtac xəbər verir ki, turnirə 56 idman klubu və cəmiyyətindən 556 cüdoçu qatılıb. Oğlanlar və qızlar 9 çəki dərəcəsində medallar uğrunda mübarizə aparırlar.Yeniyetmələrin Bakı birinciliyinə dekabrın 14-də yekun vurulacaq.xeber100.com