Rusiyanın Kazan şəhərində cüdo üzrə “Böyük dəbilqə” turniri start götürüb.Azərtac xəbər verir ki, yarışın birinci günündə kişilər arasında Davud Məmmədsoy (60 kq), Elçin Hüseynov (66 kq) tatami üzərinə çıxacaqlar. Mübarizəyə onaltıdabir finaldan qoşulan D.Məmmədsoy Rusiya təmsilçisi Albert Oğuzov ilə qarşılaşacaq. Yarışa otuzikidəbir finaldan başlayan E.Hüseynovun birinci görüşdə rəqibi italiyalı Karmine Maria Di Loreto (İtaliya) olacaq.Qadınların yarışında isə startda Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq) müvafiq olaraq Katarina Mens (Almaniya) və Melani Vieun (Fransa) ilə üz-üzə gələcəklər. Digər qadın güləşçimiz Gültac Məmmədəliyeva (52 kq) Lus Olveyra (Meksika) ilə gücünü sınayacaq. Qadın cüdoçularımızın hər üçü yarışa onaltıdabir finaldan başlayacaqlar.Qeyd edək ki, 79 ölkədən 400-dən çox idmançının mübarizə apardığı turnirdə Azərbaycan 10 cüdoçu ilə təmsil olunur. Tokio Olimpiadasına lisenziya xarakterli yarış mayın 10-dək davam edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…