Cüdo üzrə “Böyük dəbilqə” turnirinə mayın 7-də yekun vurulub

7 May 2021 13:10

Xəbər 412 dəfə oxunub

Kazanda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinə mayın 7-də yekun vurulub.Azərtac xəbər verir ki, sonuncu günündə Azərbaycanın bir cüdoçusu mübarizə aparıb. Camal Feyziyev (+100 kq) onaltıdabir final mərhələsində Slovakiya təmsilçisi Marius Fizeli məğlub etsə də, səkkizdəbir finalda braziliyalı Rafael Silvaya uduzub.Beləliklə, turnirə 10 cüdoçu ilə qatılan komandamız yarışı bir bürünc medalla başa vurub. Bürünc medalı yığmamızın aktivinə 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Murad Fətiyev yazdırıb. İdmançımız bu nəticə ilə həm də Tokio Yay Olimpiya Oyunlarına vacib lisenziya xalları qazanıb.“Böyük dəbilqə” turnirində 79 ölkədən 400-dən çox idmançı mübarizə aparıb.xeber100.com