Cüdo üzrə dünya çempionatı keçiriləcək

16 Avqust 2017 12:31

Xəbər 1368 dəfə oxunub

Avqustun 28-dən sentyabrın 3-dək Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı keçiriləcək.Azərtac xəbər verir ki, mundialda iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb. Yığmamız dünya çempionatına 17 idmançı ilə yollanacaq.Məşqçilər korpusu mundialda Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Tural Səfquliyev, Məmmədəli Mehdiyev (hər ikisi 90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq), Uşanqi Kokauri (100 kq-dan yuxarı), qadın cüdoçuların yarışında isə Leyla Əliyeva, Erdenebat Bazarraqça (hər ikisi 48 kq), Nəzakət Əzizova, Purevsuren Buyanxişiq (hər ikisi 52 kq), Səkinə Zayırova, İçinxorlu Munxtsedev (hər ikisi 57 kq), Gülsədəf Kərimova (63 kq) və İrina Kindzerska (78 kq-dan yuxarı) şans verəcək.Yarışda 134 ölkədən 794 cüdoçunun (482 kişi, 312 qadın) iştirakı gözlənilir.xeber100.com