Cüdo üzrə dünya çempionatı start götürür

28 Avqust 2017 10:40

Xəbər 858 dəfə oxunub

Avqustun 28-də Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı start götürür.Azərtac xəbər verir ki, sentyabrın 3-də yekun vurulacaq çempionatda ölkəmizi 17 cüdoçu (9 kişi, 8 qadın) təmsil edir. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti hazırda Macarıstanda səfərdədir.Çempionatın püşkatma mərasimində Beynəlxalq Cüdo Federasiyasının rəhbərliyi və İcraiyyə Komitəsinin üzvləri, milli federasiyaların rəsmiləri, yığma komandaların məşqçiləri, tanınmış cüdoçular iştirak ediblər.Püşkatma nəticəsində Azərbaycan cüdoçularının da ilk rəqibləri məlum olub. Çempionatda 60 kiloqram çəki dərəcəsində yarışacaq Orxan Səfərov Tapiva Pavari (Zimbabve) – Yanislav Qerçev (Bolqarıstan) cütlüyünün qalibi, Nicat Şıxəlizadə (66 kq) isə qazaxıstanlı Eldos Jumaxanov ilə üz-üzə gələcəklər. Rüstəm Orucov (73 kq) Aqil Qjakov (Kosovo) – Xavyer Ramires (İspaniya) qarşılaşmasının qalibini sınağa çəkəcək. Hidayət Heydərov (73 kq) Mərakeş təmsilçisi Əhməd Əl Mezaati, Məmmədəli Mehdiyev (90 kq) rumıniyalı Kristian Bodirlau, Tural Səfquliyev (90 kq) perulu Xose Aroyo ilə döyüşəcək. Dünya çempionatında 100 kiloqram çəki dərəcəsində mübarizə aparacaq Elxan Məmmədov Luis Medina (Dominikan) – Kayl Reyes (Kanada) görüşünün, Elmar Qasımov isə Otqonbatar Lxaqvasuren (Monqolustan) – Səidcəlal Səidov (Tacikistan) qarşılaşmasının qalibləri ilə yarışacaqlar. Yüz kiloqramdan yuxarı çəki dərəcəsində isə Uşanqi Kokauri braziliyalı Rafael Silva ilə qarşılaşacaq.Qadınların yarışında 48 kiloqram çəki dərəcəsində Leyla Əliyeva (48 kq) yaponiyalı Funa Tonaki, Erdenabat Bazarraqça (48 kq) rumıniyalı Aleksandra Pop ilə üz-üzə gələcəklər. Çempionatda 52 kiloqram çəki dərəcəsində Nəzakət Əzizova Mərakeş təmsilçisi İkram Soukate, Purevsuren Buyankışinq rusiyalı Natalya Kuzyutina ilə görüşəcəklər. Həmçinin 57 kiloqram çəki dərəcəsində Munktsedev İçinkolo Joan Ekusoan (İspaniya), Səkinə Zairova slovakiyalı Viktoriya Mayorosovanı sınağa çəkəcəklər. Gülsədəf Kərimova (63 kq) Anrikelis Barrios (Venesuela), İrina Kindzerska (78 kq-dan yuxarı) toqolu Essoxanam Koros ilə qarşılaşacaqlar.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02