2021-ci il cüdo üzrə dünya çempionatı Avstriyanın paytaxtı Vyanada keçiriləcək.Azərtac xəbər verir ki, bununla bağlı qərar Beynəlxalq Cüdo Federasiyası (IJF) İcraiyyə Komitəsinin Bakıdakı iclasında qəbul olunub. Yarış sentyabrın 12-19-da keçiriləcək.Komanda yarışlarındakı cüdoçulardan hansının tatamiyə birinci çıxacağını püşk müəyyənləşdirəcək. Bunadək yarışlar “aşağıdan-yuxarı” çəki dərəcələri prinsipi ilə təşkil edilib. Bununla yanaşı, cüdonun illik təqviminə Kanada, İsrail və Çili Qran-prilərinin əlavə olunacağı açıqlanıb.IJF Hakimlər Komissiyası bildirib ki, son illərdə keçirilmiş nüfuzlu yarışların analizləri nəticəsində görüşlərin 82 faizdən çoxunun əsas vaxtda yekunlaşdığı məlum olub.İclasda Azərbaycan Cüdo Federasiyasının prezidenti və IJF İcraiyyə Komitəsinin üzvü Rövnəq Abdullayev də iştirak edib.Qeyd edək ki, cüdo üzrə 2019-cu il dünya çempionatı Yaponiyanın paytaxtı Tokioda keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…