Polşanın paytaxtı Varşavada keçirilən cüdo üzrə Avropa çempionatında fərdi yarışlara yekun vurulub. Yarışın sonuncu günü Azərbaycan milli komandası aktivinə daha bir qızıl medal əlavə edib.AZƏRTAC xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Elxan Məmmədov bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.Xatırladaq ki, cüdoçumuz 2013-cü ildə dünya çempionu tituluna yiyələnmişdi.Digər cüdoçularımız – Məmmədəli Mehdiyev (90 kq) və Elmar Qasımov (100 kq) isə beşinci yeri tutublar.Bununla da, Azərbaycan milli komandası iki qızıl, üç bürünc medal qazanaraq Avropa çempionatını kişilər arasında fərdi yarışları ikinci yerdə başa vurub.Qeyd edək ki, qitə çempionatının ilk iki yarış günündə Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) qızıl, Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) bürünc medala sahib olub.Aprelin 23-də cüdoçularımız komanda yarışlarında mübarizə aparacaqlar. Bu yarışlarda digər idmançılarımızla yanaşı, Vüqar Şirinli (66 kq) və Tural Səfquliyev (90 kq) də tatami üzərinə çıxacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…