Cüdo üzrə hakimlər komitəsinin üzvü A kateqoriyasına yüksəlib

1 Noyabr 2022 15:27

Xəbər 356 dəfə oxunub

Cüdo üzrə hakimlər komitəsinin üzvü Arzu Acalova A kateqoriyasına yüksəlib.Azərbaycan Cüdo Federasiyasından bildiriblər ki, referi Arzu Acalova buna Avstraliyanın Pert şəhərində Beynəlxalq Cüdo Federasiyasının imtahanında nail olub. A.Acalova oktyabrın 27-dən 29-dək böyüklər arasında keçirilən Açıq Okeaniya turnirinin görüşlərini idarə edib. Beləliklə, həmyerlimiz həm nəzəri, həm də praktiki imtahanı yaxşı nəticə ilə başa vurub.Qeyd edək ki, cari ildə ACF-in hakimlər üzrə meneceri Mətin Rəhimli və hakimlər heyətinin üzvü Nazim Umbayev A kateqoriyasına yüksəliblər, Bəhriyyə Hüseynova və Elşad Əsədov isə B kateqoriyalı hakim statusu qazanıblar.xeber100.com