Cüdo üzrə Olimpiya təlim-məşq toplanışına start verilib

12 Aprel 2022 13:55

Xəbər 628 dəfə oxunub

Avropa Cüdo Birliyinin təşkiltaçılığı ilə Macarıstanın Tata şəhərində cüdo üzrə Olimpiya təlim-məşq toplanışına start verilib.Azərbaycan Cüdo Federasiyasından bildiriblər ki, yüksək səviyyədə təşkil olunan hazırlıqda Azərbaycanın qadınlardan ibarət yığma komandasının üzvləri də iştirak edirlər. İdmançılar müntəzəm məşqlər nəticəsində taktiki və texniki bacarıqlarını mənimsəməklə, hazırlıq səviyyələrini təkmilləşdirəcəklər.xeber100.com