Cüdo üzrə paralimpiya milli komandasının üzvləri ilə iclas keçirilib

22 Oktyabr 2018 13:41

Xəbər 730 dəfə oxunub

Azərbaycan Milli Paralimpiya Komitəsində (AMPK) kişilərdən ibarət cüdo üzrə paralimpiya milli komandasının üzvləri ilə iclas keçirilib.AMPK-dən Azərtac-a bildiriblər ki, Komitənin prezidenti İlqar Rəhimovun sədrlik etdiyi iclasda noyabrda Portuqaliyada keçiriləcək dünya çempionatına və 2020-ci ildə Tokioda XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar məşqçi və idmançıların məlumatları dinlənilib, görülmüş işlər və qarşıda duran vəzifələr geniş müzakirə edilib. Müzakirələrin yekununda müvafiq qərarlar qəbul olunub.Paralimpiyaçı kişi cüdoçulardan ibarət milli komanda “Neftçi” İdman Klubunun dəstəyi ilə noyabrın 13-19-da Portuqaliyanın Odivellas şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək.xeber100.com