Cüdo üzrə qarışıq komandaların yarışı keçirilib

25 İyun 2019 16:49

Xəbər 569 dəfə oxunub

İyunun 25-də – “Minsk 2019”un beşinci günündə cüdo üzrə qarışıq komandaların yarışı keçirilib.Azərtac xəbər verir ki, Azərbaycan cüdoçuları səkkizdəbir finalda Fransa seçməsinə uduzublar – 0:4. Komandamızın heyətində Larisa Florian (57 kq) Prisila Qnetoya, Nuriyə Axundova (70 kq) Eve Qahi-Mariyə, Rüstəm Orucov (73 kq) Jilyom Çeynə, Uşangi Kokauri (+90 kq) isə Ciril Mareyə məğlub olublar.Bununla da cüdoçularımızın ikinci Avropa Oyunlarındakı mübarizəsi başa çatıb. Azərbaycan cüdoçuları “Minsk 2019”da fərdi yarışlarda beş medal qazanıblar. Medalların biri gümüş, dördü isə bürüncdür. Gümüş medalı komandamızın aktivinə “Minsk 2019”da yığma komandamızın bayraqdarı Rüstəm Orucov (73 kq) yazdırıb. Bürünc medallara isə Hidayət Heydərov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və İrina Kindzerska (+78 kq) sahib olublar.Xatırladaq ki, “Bakı 2015” birinci Avropa Oyunlarında Azərbaycan cüdoçuları 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanmışdılar.xeber100.com