Cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı davam edir

25 Avqust 2023 10:24

Xəbər 433 dəfə oxunub

Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı davam edir. Yarışın üçüncü günündə qızlar və oğlanlar arasında iki çəki dərəcəsində iki cüdoçumuz tatamiyə çıxacaq. Qızlar arasında 63 kiloqramda Kamilla Toholiyeva, oğlanlar arasında isə 73 kiloqramda Süleyman Şükürov güclərini sınayacaqlar. İlk görüşlər Bakı vaxtı ilə saat 11:00-da başlayacaq.

Qeyd edək ki, daha əvvəl cüdoçularımızdan Nihad Məmişov (50 kiloqram) və Xədicə Qədəşova (52 kiloqram) qızıl, Məhəmməd Məmişov (50 kiloqram), Məhəmməd Musayev (60 kiloqram) və Əbil Yusubov (66 kiloqram) gümüş, Mirxaliq İskəndərov (55 kiloqram) isə bürünc medal qazanıb.xeber100.xom