Cüdo üzrə Zaqreb Qran-Pri turnirinin sonuncu gününün yarışları keçirilir

17 İyul 2022 13:26

Xəbər 378 dəfə oxunub

Bu gün cüdo üzrə Zaqreb Qran-Pri turnirinin sonuncu gününün yarışları keçirilir.Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən turnirin üçüncü günündə daha 3 idmançımız mübarizəyə qoşulur. Belə ki, Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və Uşanqi Kokauri (+100 kq) tatamiyə çıxacaqlar.Qeyd edək ki, bundan əvvəl cüdoçularımız Yaşar Nəcəfov (66 kq) qızıl, Səid Molayi (81 kq) isə gümüş medal qazanıblar.xevber100.com