Cüdoçular arasında Avropa kuboku yarışı başa çatıb

9 Aprel 2018 13:26

Xəbər 671 dəfə oxunub

Almaniyanın paytaxtı Berlində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı başa çatıb. Beynəlxalq turnirin sonuncu günü Azərbaycan milli komandası üçün uğurlu olub. Cüdoçularımız Avropa kubokunda daha 2 medal qazanıblar.Azərtac xəbər verir ki, turnirdə 90 kiloqram çəki dərəcəsində yarışan Yaqub İsmayılzadə bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. Toğrul Salmanov (90 kq-dan yuxarı) Berlində bürünc medala layiq görülüb.Qeyd edək ki, Berlin turniri bu il Argentinada keçiriləcək yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya xalları verib.xeber100.com