Cüdoçular arasında Avropa kuboku yarışları başa çatıb

5 Mart 2018 15:17

Xəbər 788 dəfə oxunub

Antalyada yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışları başa çatıb. Beynəlxalq turnirin sonuncu günündə – martın 4-də millimiz hesabına daha üç medal yazdırıb.Azərtac xəbər verir ki, oğlanların mübarizəsində İbrahim Ağakişiyev (81 kq), Yaqub İsmayılzadə (90 kq) və Toğrul Salmanov (90 kq-dan yuxarı) yalnız final görüşündə uduzaraq gümüş medalla kifayətləniblər.Yarışın ilk günü millimizin üzvləri Vüsalə Kərimova (44 kq) qızıl, Səbinə Əliyeva (48 kq) isə bürünc medal qazanıblar.Beləliklə, Azərbaycan cüdoçuları Antalya turnirində 1 qızıl, 3 gümüş və 1 bürünc medala sahib olublar.xeber100.com