Mayın 6-8-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə kiçik yaşlı yeniyetmə (U-15) cüdoçular arasında Azərbaycan birinciliyi təşkil olunacaq.Federasiyanın mətbuat xidmətindən bildiriblər ki, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçiriləcək yarışda Azərbaycanın müxtəlif regionlarından, klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 650-yə yaxın idmançı gücünü sınayacaq. Üç gün davam edəcək turnirdə 2008-2010-cü illər təvəllüdlü idmançılar iştirak edəcəklər.Qeyd edək ki, Azərbaycan birinciliyinə seçim mərhələsi çərçivəsində keçirilən yarışlarda 1837 (131 qız, 1706 oğlan) idmançı iştirak edib.Yarışın təşkilində Azərbaycan Cüdo Federasiyasının əsas məqsədlərindən biri yeniyetmələr və gənclər arasında cüdo idman növünə marağın artırılması, təbliği və yarışlarda ölkənin bütün regionlarının təmsil olunmasına nail olmaqdır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…