Cüdoçuların Avropa birinciliyində komanda yarışları keçirilib

18 Sentyabr 2017 12:22

Xəbər 965 dəfə oxunub

Sloveniyanın Maribor şəhərində gənc cüdoçuların Avropa birinciliyində komanda yarışları keçirilib.Azərtac Azərbaycan Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, milli komandamız mötəbər yarışda bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.Gənc cüdoçularımız Ukrayna, Finlandiya, İtaliya və Gürcüstan yığma komandalarını məğlub ediblər. Elçin İsmayılovun başçılıq etdiyi məşqçilər heyətinin üzvlərinə və cüdoçularımıza qitə birinciliyinin qızıl medalları təqdim olunub. Cüdoçularımızın şərəfinə Sloveniyada Azərbaycanın dövlət himni səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.xeber100.com