Oktyabrın 19-20-də Latviyanın paytaxtı Riqa şəhərində MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 67-ci iclası keçirilir.“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Azərtac-a bildirilib ki, tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.İclasda Şuranın 66-cı iclasında qəbul edilən qərarların yerinə yetirilməsi, həmçinin 2017-ci ilin 9 ayı ərzində dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları haqqında, 2017-ci ilin doqquz ayı ərzində beynəlxalq sərnişindaşımada görülən işlərin nəticələri haqqında, 2017/2018-ci il üçün beynəlxalq istiqamətdə hərəkət edən qatarların cədvəllərinin, yük və konteyner qatarlarının tərtib olunması planının nəticələri haqqında məsələlər müzakirə edilir. Həmçinin 2017-ci ilin may ayında keçirilmiş yük vaqonlarının və 2017-ci ilin sentyabr ayında keçirilmiş konteynerlərin əvvəlcədən siyahıya alınmasının ilkin nəticələri haqqında, Müstəqil Dövlətlər Birliyinə üzv dövlətləri, Latviya, Litva və Estoniya Respublikaları dəmir yolu administrasiyaları arasında bağlanan Sazişin bəzi müddəalarının tətbiq olunmasının xüsusiyyətləri haqqında, 2017-ci ilin 8 ayı ərzində dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmalar haqqında, 2018-ci fraxt ilində beynəlxalq istiqamətdə dəmir yolu ilə yükdaşımada tarif siyasəti haqqında, Şura müdiriyyətinin 2018-ci ildə fəaliyyətinin təmin olunması üçün xərclər smetası haqqında, dəmir yolu administrasiyaları məlumat-hesablama mərkəzlərinin 2018-ci ildə fəaliyyətinin təmin edilməsi üzrə təsdiq edilmiş smeta haqqında, 2018-ci ildə “Fəxri dəmiryolçu” döş nişanının bölgüsü haqqında və Şuranın 68-ci iclasının tarixi, keçirilmə yeri və gündəliyi haqqında məsələlərin müzakirəsi də gündəliyə daxil edilib.Tədbirin sonunda yekun protokolu imzalanacaq.Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının üzvüdür.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…